Havaların isinməsi ilə, qışın soyuq nəfəsini üzərimizdən atmağa tələsirik. Bu işdə makiyajında böyük rolu var. Yaz ayları istilik gətirdiyi kimi, makiyajda da əlvanlıq və rəngarənglik hiss olunur.
Yazın əsas makiyaj trendləri isə aydın simalar olacaq. Qabarıq və cəbledici makyaj yerinə sadə və təbii makiyaja üstünlük veriləcək. Bej tonları bu il gözlərdə olduqca dəbdədir. Dodaqlarda qəhvəyi, moruq tonları dəbdədir. Mat və kirşan rəngli dodaqlar isə ilin trendi olacaq.
Əlbəttə, makiyajın unudulmayan hissəsi yanaqladır. 2013-cü ildə tünd və qəhvəyi tonlu ənliklər hakim olacaq. Görünüşünüzü dırnaq boyaları bitirə bilərsiniz. Dırnaqlarda neytral tonlar dəbdədir. Bütün bunları etdikdən sonra dəbli görüntünüzü tamamlamış olacaqasınız.