Dərinizdə bakteriya meydana gəlməsinin qarşısını almaq, sağlamlığınızı və gözəlliyinizi qorumaq üçün davamlı olaraq dərinizə qulluq edin.
Səhər-axşam dərinizi təmizləmək üçün dəri tipinizə uyğun məhsullar seçin. Gün ərzində dərinizdə yığılıb qalan toz, tər, makiyaj qalıqları ziyanlıdır.
Sabun dərinin elastikliyini və parlaqlığını itirir, çünki dəriyə nəmlik gətirən yağı tamamilə özünə çəkir. Ona görə də sabundan həddən çox yağlı dəridə istifadə etmək olar, dəriniz quru və normaldırsa, sabunla yumayın.
Həssas dərini termal su spreyləri ilə təmizləyin, bu sular həm dərini nəmləndirir, həm də qızartıları aradan qaldırır.
Vaxtı keçmiş kosmetik vasitələr zərərlidir
Qida və dərmanlarda olduğu kimi, kosmetik məhsulların da son istifadə tarixi var. Krem, pomada, pudra və s. kosmetik məhsullar alarkən istehsal və istifadə tarixlərinə diqqət edin. Əgər istifadə tarixi keçibsə, atın, çünki belə məhsullar dəridə allergiyaya səbəb olur, qızartılar, sızaqlar əmələ gətirir.
Maskalardan istifadə
Dərinizə uyğun maskadan istifadə etdikdə onun parladığını, gərildiyini və hamarlaşdığını elə ilk gündən hiss edəcəksiniz. Çobanyastığı kökündən hazırlanmış maskalar dərinin rahatlığını təmin edir, qızartıların və qaşınmanın qarşısını alır.
Ölü hüceyrələr
Dəri səthində yığılmış ölü hüceyrələr dərinin cansız görünməsinə səbəb olur. 15 gündən bir tətbiq edilən peeling sayəsində dəri ölü hüceyrələrdən təmizlənir. Nanə köklü peelinglər dərini dincəldir.
Dərinizə vitamin dəstəyi
Parlaq, gənc və hamar dəriyə sahib olmaq üçün onu mütəmadi olaraq vitaminlərlə qidalandırmaq lazımdır. E vitamini hüceyrələri təzələyir, dərini yaşlanmaqdan qoruyur.
Alacağınız kosmetik məhsulların tərkibində E vitamininin olmasına diqqət göstərin, çünki bu vitamin, dərinizin sağlamlığını qorumaq üçün faydalı vitaminlərdəndir.
E vitamini yalnız dərini deyil, həm də immunitet sistemini gücləndirir. Bu vitamin sağlam saçlara sahib olmaq üçün də yararlıdır. Məsələn, saçlara qulluq üçün tövsiyə edilən zeytun yağının tərkibində yüksək nisbətdə E vitamini var.
Buğda, qarğıdalı, yulaf, balıq, qoz, soya paxlası yağı, ispanaq, cəfəri, kələm, kərəviz, badam E vitamini ilə zəngindir.