Qara nöqtələr yağlı dərilərin ən böyük problemidir və onlarla mübarizə aparmaq üçün bir çox maskalar var. Onlardan ən əffektivini sizlərlə paylaşıram.
Bir kasa qatıqla 1 ədəd limonun şirəsini qarışdırıb gözlərinizə dəyməyəcək şəkildə üzünüzə sürtün və 15 dəqiqəyədək gözlədikdən sonra ilıq su ilə yuyun. Limon şirəsi dərini dezinfeksiya edir, sızanaqları qurudur, qara nöqtələri azaldır, qatıq isə dərini qidalandırır, nəmləndirir, dəridə yağın miqdarını tənzimləyir.
Yuxarıda göstərilən maskanı həftədə bir dəfə tətbiq edin. İstəsəniz, maskadan sonra üzünüzü içərisinə çobanyastığı çiçəkləri atılmış su buxarına 5 dəqiqəyədək tuta bilərsiniz. Çobanyastığı dərini canlandırır.