İnsan cildinin bir çox düşməni olduğunu deyən mütəxəssislər sağlam bir dəriyə sahib olmanın qaydalarını açıqlayıb.
Siqaret və içkinin insanın daxilinə olduğu qədər dərisinə də zərər verdiyini qeyd edən mütəxəssislər dəriyə zərər verən elementləri 7 hissəyə ayırdılar.Qeyri-kafi yuxunun, çox isti suyla yuyunmanın və səhv qidalanmanın dərinin başlıca düşmənləri olduğunu söyləyən mütəxəssislər, sağlam və gözəl bir dəriyə sahib olmaq üçün bunları təklif edir:
1.Siqaret çəkməyin və içki içməyin. İkisi də bədəninizi zəhərlər və sallaq bir dəriyə səbəb olarsınız. Bundan başqa, siqaret ağız kənarındakı cizgilərin də dərinləşməsini sürətləndirir.
2.Yuxunuza diqqət yetirin. Yuxusuz bir gecənin izləri dərhal bozlaşmış yorğun görünüşlü bir cildlə özünü birüzə verəcək. Əgər yetərli dərəcədə yata bilmirsinizsə, bunu oyandığınızda qan dövranını təmin edəcək hərəkətlər edərək və üzünüzə soyuq su vuraraq kompensasiya etməyə çalışın. Yuxusuzluğun səbəb olduğu cizgilərin üzərinə yüngül bir nəmləndirici çəkin.
3.Çox isti suyla yuyunmayın. Yuyunarkən suyun qaynar dərəcədə isti olmaması üçün tədbir görün. Həddindən artıq isti su dərini qurudur və toxumaları zədələyir.
4.Doğru qidalanın. Sağlamlığınıza xeyri olan qidalar yemirsinizsə, deməli, dərini qoruyan həyati maddələri qəbul etmirsiniz. Bundan başqa, ultrabənövşəyi şüalardan da uzaq durun.
5.Makiyajınızı təmizləmədən yatmayın. Məsamələri tıxayaraq toksinlərin dəri səthinə çıxıb atılmasının qarşısını alır. Göz makiyajı silinmədiyi təqdirdə göz iltihabına da səbəb ola bilər.
6.Sızanaqlara toxunmayın. Dəri toxumalarına zərər verir. Ayrıca infeksiyanın ətrafa yayılmasına səbəb olaraq problemi böyüdür. Sızanaqlarla heç bir zaman oynamayın. İnfeksiyalı bölgəyə antiseptik məlhəm çəkin.
7.Dərinizlə nəzakətli davranın. Üzünüzdəki ölü dərini təmizləmək üçün satılan bəzi toz, ya da kremlər dəriniz üçün çox kobud ola bilər. Dəri tipiniz nə olursa olsun, üzünüzə daim nəzakətli davranın.