İngiltərənin gözəllik üzrə mütəxəssisi Karol Maccio sağlam bir gözəllik üçün həm ağrı verməyən, həm də pulunuzun cibinizdə qalmasını təmin edən “ev botoksu”nu təklif edir.
Bunun üçün gündə 2 dəfə “Facercise” adı verilən və 8 dəqiqə davam edən bu məşq proqramına vaxt ayırmaq lazımdır. Maccionun fikrincə, 6 gün sonra qarşılaşacağınız görüntü çox fərqli olacaq.
1. Barmaqlarınızı dümdüz olacaq şəkildə bir-birinə keçirin və alnınıza qoyun. İşarə barmaqlarınızı iki qaşın ortasına gələcək şəkildə aşağıya endirin və baş barmaqlarınızı iki gözünüzün yanına qoyun. Gözləriniz bağlı şəkildə işarə və baş barmaqlarınızı geriyə doğru çəkərək üzünüzü sıxın və 40 saniyə belə saxlayın.
2. Bir əlinizlə boynunuzu ön tərəfdən tutun. Başınızı sağ və sol çiyninizi görəcək şəkildə yana çevirin. Ağzınızı bağlı saxlamağı unutmayın. Bunu 30 dəfə təkrarlayın.
3. Ağzınızı açın və dodaqlarınızı dişlərinizi örtəcək şəkildə içəri salın. Ağzınızda dar bir boşluq meydana gəlsin, ağzınızı yavaşca açın və bağlayın. 5 dəfə təkrarlayın.
4. Dodaqlarınızı önə doğru çıxararaq kiçik bir “o” hərfi yaradın. İşarə barmaqlarınızı dodağınızın iki yanına yerləşdirin və barmaqlarınızı yavaşca burnunuza doğru itələyib çəkin. 30 saniyə belə saxlayın.
5. Bir əlinizin işarə barmağını üst dodağınıza, digərini də eyni nöqtənin üstünə qoyun. Tərs istiqamətdə sıxın. Göynəmə hiss edəndə 20 dəfə sürətli dairəvi hərəkətlərlə ovmağa başlayın. 2 dəfə təkrarlayın.
6. İşarə barmaqlarınızı alt dodağınızın iki tərəfinə yerləşdirin. Barmaqlarınızı yuxarı doğru itələyərkən ağzınızla aşağıya doğru basın. 40 saniyə saxlayın.
7. Bir əlinizin işarə barmağı ilə burnunuzun iki tərəfini tutun. Digər əlinizin işarə barmağı ilə burnunuzun ucuna toxunun. Bir əlinizlə burnunuzu aşağıya, digərilə yuxarıya doğru itələyin. 40 dəfə təkrarlayın.
8. İşarə barmaqlarınızı burnun iki yanına yerləşdirin və dodaqlarınız dişlərinizi bağlayacaq şəkildə ağzınızı “o” hərfi şəklində açaraq gülümsəməyə çalışın. 20 dəfə təkrarlayın.
9. İşarə barmaqlarınızı gözlərinin altına yerləşdirdikdən sonra gözlərinizi qısaraq yuxarıya baxın. Üzünüzü irəli, çiyinlərinizi geriyə doğru çəkin. 40 saniyə saxlayın və 3 dəfə təkrarlayın.
10. Barmaq uclarınızı alnınızın iki yanına yerləşdirin. Barmaqlarınızı aşağıya doğru itələyərkən qaşlarınızı yuxarıya doğru qaldırın və tərs istiqamətdə bir gərginlik yaradın. 30 saniyə saxlayın və 3 dəfə təkrar edin.
11. Barmaqlarınızı dümdüz olacaq şəkildə bir-birinə keçirin və alnınıza yerləşdirin. İşarə barmaqlarınızı iki qaşın ortasına gələcək şəkildə aşağıya endirin və baş barmaqlarınızı iki gözünüzün yanına yerləşdirin. Gözlərin bağlı haldaykən işarə və baş barmaqlarınızı geriyə doğru çəkərək üzünüzü sıxın. 40 saniyə saxlayın.
12. Bir əlinizlə boynunuzu ön tərəfdən tutun. Başınızı sağ və sol çiyninizi görəcək şəkildə yana çevirin. Ağzınızı bağlı saxlamağı unutmayın. Bunu 30 dəfə təkrarlayın.