Gözəl görünüşə sahib olmaq üçün orqanizmə qulluq kompleks şəkildə aparılmalıdır. Bunun üçün üzünüz və bədəninizlə birlikdə saçlarınıza da qulluq etməlisiniz. Saçda olan bəzi problemləri aradan qaldırmaq arzusundasınız? O halda bu topik tam sizin üçün nəzərdə tutulub.
Quru və normal saçlar üçün maskalar
Çörək maskası:
— Qara çörəyin içini qaynar suda isladın və 2 saat orada qalsın. Alınmış horranı saçlarının dibinə sürtərək 1 saat gözləyin və sonra yuyun.
Bal maskası:
— 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloe şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdırın. Alınmış qarışığı saçlarınıza sürtün və 20 dəqiqə gözləyin. Sonra saçlarınızı şampunla yuyun.
Yumurta maskası:
— 2 ədəd yumurtanı çalın, saçlarını isə ilıq (isti yox) su ilə isladın və qarışığı saçlarınıza ehmalca sürtün. 5-7 dəqiqədən sonra saçlarınızı şampunla yuyun.
Nəticə: Saçlar daha yumşaq və parlaq olacaq.
Araq maskası:
— Araq saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni ölçüdə götürün və saçlarınızı yuyun.
Yağlı saçlar üçün maskalar
Yoqurt, kefir, qatıq maskası:
— Bu maskalar yağlı saçlar üçün xeyirlidir, saçdakı kəpəyi aradan götürür. Yuxarıda göstərilənlərdən birini bir neçə saatlıq saçlara sürtün. Sonra isə şampunla yuyun.
soğan maskası:
— Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır, saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin yeganə mənfi cəhəti — qoxudur. Amma nə etmək olar, gözəllik qurban tələb edir.
— Başı yumazdan yarım saat əvvəl saçların dibinə gənəgərçək yağı ilə soğan suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çəkin. Sonra başı polietilen papaq və dəsmalla örtün. Yarım saatdan sonra saçları yumaq olar.
Saçları qalın və hamar edən maska
Eyni ölçüdə aşağıdakı komponentləri qarışdırın:
— Bal
— Konyak
— Zeytun yağı
Maska saça 10 gündə bir dəfə çəkilir. Qarışığı saçlara yaxşıca sürtün, başı polietilen papaqla və dəsmalla bağlayın. 1 saat gözləyin. Daha sonra saçları şampunla yuyun. Ən sonda isə saçları ilıq suya əlavə edilmiş limon suyu ilə yaxalayın. Uzunmüddətli maska olsa da, nəticə ürəkaçan olacaq. Saçlar qalın və hamar görünəcək.
Bütün saç növləri üçün maskalar
— Orta ölçülü qara turpu sürtgəcdən keçirin. Şirəni süzərək saçlara sürtün. Onları dəsmalla örtün və 30-40 dəqiqə gözləyin. Sonra saçlarını şampunla yuyun. Nəticə özünü çox gözlətməyəcək. Sınanılıb!
Zədələnmiş saçlar üçün maska
— Eyni miqdarda götürülmüş badam, gənəgərçək və zeytun yağını qarışdırın.
Hər 50 ml qarışığa 1 xörək qaşığı yağ şəklində olan E vitamini əlavə edin. Hamısını yaxşıca qarışdırın və lap az yuyulmuş saça sürtün.
Maskanı 3-5 saat saxlayın, sonra isə şampunla yuyun. Sonda, saçlarınızı limon şirəsi ilə yaxalayın.
— Ayıpəncəsi və gənəgərçək yağı (eyni ölçüdə) üzərinə 2 çay qaşığı limon şirəsini əlavə edin. Bu da zədələnmiş saçların bərpası üçün əla vasitədir.
Saçları parıltılı edən maska
Aşağıdakı komponentləri qarışdırın
— 1 ədəd yumurtanın ağı
— 1 xörək qaşığı çətənə yağı
— 1 xörək qaşığı badam və ya yoyoba yağı
— 1 xörək qaşığı bal
— 1 xörək qaşığı alma sirkəsi
Bunları qarışdırın, tərkib duru alınarsa, onda yarım çay qaşığı nişasta əlavə edin. Maskanı saçlara sürtün və darayın. 15 dəqiqədən sonra maskanı yumamaq şərti ilə, ikinci dəfə sürt və 2-3 saat gözləyin. Vaxt tamam olduqdan sonra saçları şampun və kondisionerlə yuyun. Bu maska saçları parıltılı etmək üçün ən yaxşı vasitədir.