Səhv makiyaj

Səhv makiyaj

Qadınların demək olar ki, hamısı ya da böyük bir əksəriyyəti mütləq makiyaj edir.
Bəs hansımız daha doğru makiyaj edirik?
Sizə yaraşan, üzünüzə uyğun və üzünüzün ən gözəl qisimlərini ortaya çıxaran bir makiyajla bütün günü özünüzdən əmin bir şəkildə keçirə bilərsiniz. Bu mövzuda sıx-sıx edilən makiyaj səhvlərini bilmək, bunlara mane olmaqda işinizə yaraya bilər.
Üzünüzün rəngiylə boynunuzun rəngi fərqli tonlarda?
Səhv: Tonal kremin tonunu səhv seçmisiniz.
Çarəsi: Əvvəlcə kosmetika satılan bir mağazaya gedib, bir neçə fərqli düstur və rəngdə tonal kremi sınayaraq işə başlayın. Mükəmməl ton, sürtüb - yaydığınızda dərinizin rəngiylə inteqrasiya olunub itəndir. Bir çoxu kosmetika firmasının bu iş üçün hazırlanmış rəhbərlərdən də faydalana bilərlər.
Sürməniz gözlərinizi kiçik göstərir?
Səhv: Sürməni həm üst, həm də alt kirpik diblərinizə qalın bir şəkildə çəkdiniz.
Çarəsi: Göz makiyajında üst kirpiklərə qələmi ya da sürməni, içdən xaricə doğru diqqətə çarpan bir xətt halında çəkin. Alt kirpik diblərini rəngləyərkən qələmi çox basmayın və sərt xəttləri pambıq ya da losyonlu fırçasıyla dağıtmayaraq təmizləyin.
Dodaqlarınızın ətrafında halqalanma olur?
Səhv: Ya dodaq qələminizin rəngi çox tünddür, ya da pomadanız dodaq qələmindən daha tez silinir. Bu səbəblə də dodaqlarınız çəkilmiş, lakin içi boş bir şəkildə qalır və bu da çox pis görünür.
Çarəsi: Dodağınızın öz rənginə ən yaxın rəngdə bir dodaq qələmini xaricdən içəri doğru çəkin. Çərçivələməyi doğru etmək üçün, əvvəl sol kənardan başlayıb ortaya gəldikdən sonra, eyni əməliyyatı sağ tərəflə də təkrarlayın. Daha sonra eyni əməliyyatı alt dodağınız üçün də tətbiq edin. Ardından rənglədiyiniz bölgənin içini yenə dodaq qələmiylə doldurun. Beləcə, üstə pomada sürtdüyünüzdə belə, boyanın dodaqlarınızdan silinməsi həm daha yavaş, həm də bərabər şəkildə olacaq.

Top