Dəriyə qulluq:
Quru bir dəriyə sahibsinizsə bu görünüşdən xilas olmaq üçün qurudulmuş gül yarpaqlarını kiçik hissələrə bölün, süd, qarğıdalı nişastası və bir parça bal ilə qarışdırın. 15 dəqiqə gözlətdikdən sonra, bu qarışıqla üzünüzə yavaş-yavaş masaj edin. Bu masaj sayəsində dəriniz itirdiyi nəmi geri qazanacaq.
— 3 çay stəkanı gül suyuna 1 çay stəkanı vazelin qoyun və qarışdırın. Bu qarışıq əl və dodaq çatlaqlarına yaxşı təsir edəcəkdir.
— Saf zeytun yağının içinə 10-15 damla gül yağı qoyun bədənə masaj edin.
— Vanna suyunun içinə 11-15 damla gül yağı damcıladıb yaxşıca qarışdırın, bu qarışıq bədəninizin həm gözəl ətir saçmasına həm də rahatlamağınıza kömək olacaq.
Saçların baxımında gül suyu:
— 30 q şampunun içinə 12 damla gül yağı qoyun və qarışdırın. Saç diblərinə masaj edərək saçınızı yuyun. Bu maska saçınızı bəsləyir, kəpəklənməsinin qarşısını alır.
— 4 damla gül yağını saç fırçanıza tökün saçınızı darayın.
Sağlamlıq üçün gül suyu:
Gül mürəbbəsi, qızılgül şərabı, gül balı qəbul etməyə davam edildikdə mədəni qüvvətləndirər, yaralara və tıxanıqlıqlara yaxşı təsir edir.
— İshal qarşısını almaq üçün 20 qr. gül qurusunu 1litr suda qaynadın, gündə 3 fincan içə bilərsiniz.
— 2 su stəkanı təzə gül yarpağını, 2 stəkan şəkər ilə qarışdırın. 1 stəkan su ilə zəif ocaqda 1-2 saat bişirin. Ocaqdan götürmədən əvvəl içinə yarım limon şirəsi qatın. Bu qarışıq yüngül həzm sistemi iltihablarına, revmatizm və oynaq iltihablarına yaxşı təsir edir.
Gül yağının faydaları:
— Antiseptik (mikrob öldürücü) olaraq istifadə edilən gül yağı makiyajı silir, dəridəki doğum ləkələrini təmizləyir. Allergik dərilərə yaxşı təsir edir. Dəriyə canlılıq verir.
— Boğaz və badamcıq iltihaplarının ortadan qaldırılmasına kömək olur.
— Əllərinizin və dərinizin gözəlləşməsi üçün gül yağını badam yağı ilə qarışdırıb, istifadə edə bilərsiniz.