Kosmetika

Kosmetika

1. Dodaqlara qan qırmızı rəng çəkmək olar, amma konturun rəngi dodaq rənginə tam uyğun olmalidir. Boya firça ilə çəkilməli,quru salfetka ilə yüngül silinməlidir.
2. Gözün üst hissəsinə boz-qəhvəyi rəngli karandaş kipriklər uzunluğunda, alt hissesinə isə kənarından içə doğru bir balaca çəkilməlidir.
3. Kirşanı fırça və ya yaş sponjla çəkmək lazımdır.
4. Qaşı boz-qəhvəyi rəngli karandaşla səliqəyə salmaq lazımdır.
5. Ənliyin rəngi təbii rənginə yaxın seçilməlidir.
6. Göz kölgələri parıltısız olmali, iç tərəfə ağ, kənarlara isə boz kölgə vurmaq lazımdır.
7. Gözlərin konturla tam haşiyəyə alınması olar, amma karandaş yox , göz kölgəsi vasitəsilə.
8. Kipriklərə quru firça ilə tuş çəkməli, tez-tez salfetlə tuşun qalıgı təmizlənməlidir
9. Tonal krem təbii dərinin rənginə maksimal dərəcədə uyğun seçilməlidir. Piqment ləkələri, civzələr neytral rənglə korrekte edilməlidir.
10. Sonda üzdə makiyajin çox görünməməsinə fikir vermək lazımdır.makiyaj sirləri

Uzun üz quruluşu olanlar:
Uzun üz quruluşuna malik olanlar, alın çevrəsinə va çənə nahiyəsinə dəri rəngindən iki ton tünd tonal krem sürtməlidirlər.
Uçbucaq üz quruluşu olanlar:
Üçbucaq üz quruluşuna malik olanlar, alının yanlarından yanaqlara qədər dəridən iki ton tünd tonal krem sürtməlidir. Alın və çənə hissələrinə isə dəri rənginə uyğun bir rəngli tonal kremdən istefada etməlidirlər. Ənlik isə yanaqlara dairavi şəkildə çəkilməlidir.
Yumru üz quruluşu olanlar:
Belə sifəti kölgələndirmək üçün almacıq sümüyünün altından yanaqlara doğru dik şəkildə tonal krem sürtülməlidir. Ənlik həmcinin də bu istiqamətdə tətbiq edilməlidir.
Kvadrat üz quruluşu olanlar:

Bu üz qurluşunda alın dördbucaq formasında olar. Yan çənə sümüyü də qabarıq olar. bunun üçün qulaq diblərindən çənəyə qədər olan hissəyə və alın nahiyəsinə dəri rəngindən iki ton tünd tonal krem sürtülməlidir.


Top