Mənim fikrimcə qadının gözəl görünməsi üçün əsas amillərdən biri saçın gözəl və sağlam görünməsidir.
Maya maskası. Bu maska saçın tökülməsinə qarşı və yeni, sağlam saçlarla əvəz olunması üçündür: 1 stəkan iliq suya 4 yəmək qaşığı maya əlavə edilib əridilir. Saç diblərinə masaj edilərək yeridilir.saç dəsmalla bükülür və 1saat gözlədilir.Həftədə 2dəfə etmək məsləhətdir
Saçların parlaq olması üçün. Çobanyastığı çiçəyi və gicitkan otunu dəmlə, süzgəcdən keçir və yuyulduqdan sonra saçları bu dəmlə yaxala. və yaxud yarım stəkan quru kəklikotunu 2stəkan suda dəmlə və eyni qaydada saçları yaxala
Gənəgərçək yağ. Gənəgərçək yağı-4 çay qaşığı, 1yumurta,yarım xörək qaşığı üzüm sirkəsi, 1çay qaşığı qliserin. 1qabda qarışdır. Yuyulmamışdan qabaq saçın dibinə vur 1.5-2 saat saçda saxla və saçı yu Zəif saçlar üçün. 2 yumurta sarısını qarışdır,1şorba qaşığı zeytun yağı, 1çay qaşığı qliserin, 2şorba qaşığı alma sirkəsi ilə qarışdırın.Saçınız yaş ikən bu qarışığı tədbiq et. 20dəqiqə güzlə və yu.