Ətirlərdən istifadə qaydaları

Ətirlərdən istifadə qaydaları

Bütün qadənların ən çox istifadə etdiyi ətirlərin əslində istifadə qaydaları var. Ətirlər qoxularını yaymaq üçün istilik, hərəkət kimi faktorlara ehtiyac duyarlar.  Elə məhz bu səbəblə ətir vurmaq baxımından bədənin bəzi bölgələri əsasdır və onlara ətir vurulması daha da effektivdir. Bunlara misal olaraq isti və nəmli nöqtələr. qoltuq altları, sinə araları, bun arxası, qulaq arxaları və göbək qeyd etmək olar. Qanın çox təzyiqlə vurulduğu nöqtələrə əsasən bilək içləri, gicgahlar və boyun daxildir.

Saçlar

Saçınıza ətir vurmaq istəyirsinizsə, əvvəlcə təmiz olmalarına diqqət yetirin. Qoxuların bir-birinə qarışmaması üçün şampununuzu qoxusuz olanlar arasından seçin. Saçlarınız qısa isə saç diblərinizə, uzun isə uclarına sıxmanız kafi olacaq. Sizə kiçik bir sirr açım, yaxşı olar ki, saçınızı darayarkən daragınıza əvvəlcə bir az ətir vurun. Onda saçlarınız daha da təsirli və cəlbedici olacaq.

Geyimlər

Ətirlər pambıqlı, yunlu kimi təbii liflə toxunmuş parçalarda çox qalıcıdır və rahat yayılar. Sintetik liflərdə yayılımı və qalıcılığı azdır. Ətirin ən qalıcı olduğu geyimlər isə kürklərdir.

 - İpək geyimlərinizə ətir mayın, qalıcı ləkələr buraxar.

- Əgər ətirinizi tez-tez dəyişdirirsinizsə, yalnız bədəninizi ətirləməklə kifayətlənin. Qoxu onsuz da geyimlərinizə də keçəcəkdir.

- Ləl-cəvahirat və xüsusilə incilərinin yaxınında ətir istifadə etmənin: Ətirlərdəki spirt ləl-cəvahiratların parlaqlığını yox edər və inciləri saraladar

- Geyim şkafınızı ətirləməyi unutmayın.



Həmçinin baxın.
- Hansı ətri sevirsiniz?

Top