Əgər harasa tələsirsinizsə, vacib görüşünüz varsa və xarici görüşünüzdən narazısınızsa onda dərinizi gözəlləşdirmək üçün ardıcıl olaraq pilinq, kompres, maska prosesindən keçməli olacaqsınız. Həmçinin sizlərə təqdim edəcəklərimiz sizin daha da gözəl görünməniz üçün bəzi məsləhətlərdir.
Saç tökülməsinə qarşı:
Pilinq -Ölmüş dəri hüceyrələrinin təmizlədiyi üçün dəriniz daha da hamar görünəcək. Hazır alınmış skrabınız yoxdursa, narahat olmağa dəyməz. Üzünüzü təmizləyin, sabunla yuyun ya da kosmetik südlə silin, sonra nəm pambığa yarım çay qaşığı soda əlavə edin. Pambığın köməyi ilə üzünüzün əsas T-zonasını təmizləyin. (alın, burun, çənə)
Kompres -Pilinqdən sonra otlardan üzünüzü kompress edin ki, dərinizdə qızartı və s. qıcıqlanmalar olmasın.
Bunun üçün çobanyastığı gülünü 5-7 dəq. qaynar suda dəmləyin, sonra süzün. Hazır saxladığınız dəsmalı bu süzülmüş suda isladın və üzünüzə sərin. Bu proses kompresin soyumasına qədər davam etməlidir.
Üzlərində kuperoz olan xanımlar üçün pilinq və kompres məsləhət deyil.
Maska -Kompresdən sonra maska gəlir. Bu dərini dartacaq və qidalandıracaq.
Yağlı dərilər üçün: Ən yaxşı maska xamadır. Gözətrafı hissələr çıxmaqla üzünüzə sürtün və tam quruyandan sonra yuyun.
Quru dərilər üçün: yumurta sarısı, yarım çay qaşığı bal və bir neçə damcı bitki yağı. Qarışımı üzə sürtüb, 15-20 dəq. sonra yuyun.
Maskanı uzanmış vəziyyətdə etmək məsləhətlidir. Əgər qarışımlar hazır olsa, bu proses 20-30 dəqiqə vaxt aparacaq.
1. Bir şüşə genegerçek yağına 1-2diş sarımsaq soyub atın və bunu bir həftə qaranlıq, sərin bir yərdə saxlayın.Sonra duş qəbul etməmişdən yarım saat əvvəl saçınızın dibinə çəkin və şampunla yuyun.
2.Bir vedrə isti suya (saçınızı ancaq bu su ilə yumalısınız) 2diş sarımsaq və 4 xörək qaşığı duz tökün qarışdırın.Saçınızı yuyarkən sampundan istifadeə edə bilərsiniz.
3.Gicitkəni və ya çobanyasdığını (ramaşqa) 2 litr suda qaynadıb saçınızı yuduqdan sonra bu dəmləmə ilə durulayın.
Bu maskalar çox effektlidi saçları möhkəmləndirir və tökülməsinin qarşısını alır