Gözəllik sirrləri

Gözəllik sirrləri

Tanınmış kino uduzu və eləcədə xeyirxahlığı ilə də tanınan  və sevilən Audrey Hepburn'dan gözəlliyinin sirrini soruşduqda, onun özünəməxsus cavabı olub və bu suala cavab olaraq aşağıdaki makiyaj tərifini vermişdi.

- Gözəl və cazibədar dodaqlara sahib olmaq istəyirsinizsə, dodağınıza şirin sözdən başqasını toxundurmayın.

- Gözəl gözləriniz olsun istəyirsinizsə, gözəl insanlarla göz -gözə gəlin, gərçək dostlar qazanın.

- İdeal bədən ölçülərinə sahib olmaq və həmişə incə görünmək istəyirsinizsə, yeməyinizi yoxsullarla və aclarla paylaşın.

- Gözəl saçlara sahib olmaq istəyirsinizsə, övladınızın gündə ən az bir dəfə saçlarınıza sığal çəkməsinə icazə verin.

- Diqqət çəkici pozalar vermək istəyirsinizsə, yanınıza hər zaman təvazökarlığı alaraq gəzin, əsla cahilcə və gürurla gəzməyin.

- İnsanların da əlimizin altındakı əşyalar kimi, hətda onlardan çox daha artıq yenilənməyə, diqqət görməyə ehtiyacları vardır. Heç bir insanı artıq işə yaramır deyə əlinizdən çıxarma haqqınız yoxdur.

- Xatırlayın, bir yardım əlinə ehtiyac duyarsanız o zaman öz çiyninizdən qolunuza doğru göz gəzdirin, dirsəyinizə ve biləyinizə çatdıqda orada bir yardım əli tapacaqsınız.

- Yaşlandıqca iki əlinizin olduğunu, birinin özünüzə digərinin də başqalarına yardım etmək üçün yanınızda hazır gözlədiyini fərq edəcəksiniz.

- Bir qadının gözəlliyi geyindiyi geyimdə, bədən ölçülərində deyildir. Bir qadının gözəlliyi gözlərindən oxunmalıdır, çünki gözlər qəlbə, yəni eşqin yaşadığı ölkəyə gedən qapıdır.

- Bir qadının gözəlliyi üzündəki xallardan deyil ,içində saxladığı ruhundan oxunur.
Odri Hepbern-dən müxtəlif gözəllik yolları

Top