Hörüklərdən danışan kimi, o dəqiqə göz qabağına qoşa hörüklü kənd qızı gəlir. Əlbəttə hörüklər hamı kimi, kənddən şəhərə gəlib. Kənd qızların səhəri, saçlarını hörməkdən başlanır, çünki, tarlada, bağ-bağçada, həyət-baca işində hörülməmiş saçlarla çıxmaq olmaz.
Sonralar bu hörüklər şəhər qızlarına da xüsusi yaraşıq gətirdi. Hörükləri məşhur xanımlar da dəbə gətirdi. Məsələn, Diana Krüqer bu hörükləri Kann festivalına qədər aparıb çıxardı. Cenifer Lopes xüsusi hörülmüş saç formasıyla səhnəyə çıxdı.
Dəbdə hər şey rəngarəng və müxtəlif olduğu kimi, hörüklər də belədir. Onların da müxtəlif növləri var: qalın, nazik, klassik, incə fransız hörüklər. Hörüyü xüsusi formada və ələlxüsus da bərk hörmək lazım deyil. O ki qaldı belə hörüklərin sünü və təbii formalarına, modelyerlər bu sahədə fantaziyalarını əsirgəmir.
İndi isə sizə, xanımlar, belə hörük formalarından bir neçəsini təqdim edirik:
1.Yana hörülmüş hörük
2.Saçaqlı hörüklər
3.İkiqat fransız hörüyü
4.Balıq quyruğuna oxşayan hörük
5.Klassik fransız hörükləri
6.Başa dolanan hörük
Həmçinin bax:
Qadın saçlarına qulluq