Pomada (dodaq boyası) makiyajda son nöqtədir. Düzgün uyğunlaşdırılmış pomada üzünüzü anında canlandırmaqdan əlavə hətta gözlərinizin parlaqlığını da vurğulaya bilər. Pomadanın rəngi zövqünüzə, geyiminizin rənginə, ya da dəbdə olan rənglərə görə seçilsə də, dodaqlarınızın formasını da nəzərə almalısınız. Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınız nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin
1. Pomadanıza uyğun rəngdə dodaq qələmi ilə ortadan uclara doğru dodaqlarınızı çevrələyin.
2. Dodağınızın hər tərəfini qələmlə doldurun. Beləcə həm pomadanızın davamlılığı artacaq həm də silinməyə başladığında dodaqlarınız cansız görünməyəcək.
3. Pomadanı fırçayla dodağınıza çəkin.
4. Pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin.
5. İşıltılı görüntü üçün dodaqlarızın tam ortasına rəngsiz bir parladıcı toxundurun.
.
Pomadaların tarixi
Keçmişdə içindəki zəhərli boyalar səbəbi ilə qadınların ölümlərinə səbəb olan, kosmetik firmaları heyvanlarda sınayır deyə boykot edilən, qadınları həyat qadını olaraq damğaladan və bəzi cəmiyyətlərdə dini səbəblərlə qadağan edilən pomada hər şeyə baxmayaraq 125 ildən bəri ardıcıl olaraq emal edilir və indiki vaxtda çantasında pomada daşımayan bir qadını az qala tapa bilməzsiniz.
Tarixdə bilinən ilk pomada bundan 8 min il əvvəl misirlilərin tətbiq etdiyi zəyi qaynadaraq əldə etdikləri qırmızı boya ilə dodaqlarını rəngləmələridir. Qədim Yunan və Romada ancaq yuxarı sinfin qadınlarına dodaqlarını qırmızıya rəngləmələrinə icazə verilərdi.
Boyama işi çətin və zaman alıcı idi. Parisli bir ətir satıcısı 1884-cü ildə qırmızı boya ilə bal pətəyi və balzamı qarışdırıb ipəkdən parça bir rulo içinə yerləşdirib qələm şəklində satışa təqdim etdi. Qadınlar bu yeni kəşfi dərhal sevib ona sosiska (Saucisse) adını belə verdilər. Parisli səhnə sənətçisi Sarah Bernhardt isə bu yeni görünüşə mehebbet tanrısı Erosun sehrli çubuğu adını taxdı və səhnəyə çıxarkən istifadə etməyə başladı. Fransız mühafizəkarları bu yeni dodaq boyasına muxtelif səbəblərə gore qarşı çıxdılar,amma bacara bilmədilər. 1900-cı ildə indiki vaxtda hələ də istehsal edən Fransız firması Guerlain bu siqaret şəklindəki dodaq boyasını bütün Fransada satmağa başladı.
1912-ci ildə Guerlain çıxardığı qırmızı dodaq boyalarını Amerikaya gətirib New Yorkda satışa təqdim etdi və bu hadisə böyük bir sensasiya yaratdı. İlk başda yalnız qırmızı olan dodaq boyası pomada (Rouge) daha sonraları başqa rənglərdə də emal edildi.
Pomadadan ən çox zərər görən restorançılar və quru təmizləyicilər oldu. Pomada ləkələrini stəkanlardan və köynəklərdən çıxarmaq olduqca çətin və zaman alıcı idi. Zamanla dodaq boyaları daha qalıcı oldu və hətta içinə qoyulan kimyəvi maddələrlə dodaqları şişirib böyütmək də mümkün idi.
İnsanlar danışarkən bir-birlərinin dodaqlarına baxarlar. Qadınlar da bunu bildiklərindən kişilərin baxışlarını üzlərindəki qırışlar və sallanmalardan uzaq tutmaq üçün dodaqlarını qırmızıya rəngləyərək kişilərin diqqətlərini dodaqlarına çəkərlər. Rolling Stonesin solisti Mick Jagger-in boşandığı maniken yoldaşı Bianca Jaggerin söylədiyi kimi: «Səhərlər yorğun və canavar kimi bir üzlə qalxdığımda dodaqlarımı rəngləyər-rəngləməz özümü yenə normal bir qadin kimi hiss edərəm.»
Pomadanı (dodaq boyasını) necə çəkməli?
Dodaq boyası seçərkən dərinin rənginə fikir vermək lazımdır. Pomadanı üz dərisinə əsasən seçmək mütləqdir. Nəinki üz dərisi, həmçinin dişlərin rəngi də nəzərə alınmalıdır. Pomada alarkən ilk növbədə pomadanın son istifadə tarixinə baxmaq lazımdır. Əgər bu informasiya yoxdursa, pomadanın köhnəliyini müəyyən etmək çətin deyil. Köhnə pomadanın pis iyi, üzərində ağ ləkələri və solğun rəngi olur. Pomadanın maksimal istifadə müddəti üç ildir, soyuducuda saxlanıldıqda və fırça ilə sürtüldükdə. Əgər pomadanı birbaşa dodağınıza vurursunuzsa, istifadə tarixi il, qabına günəş şüası dəyibsə. üç ay olur. Keyfiyyətli pomada rahat çəkilməli, dodaq da hamar qalmalıdır. Onu sildikdən sonra dodaqlarda dartınma və ləkə qalmamalıdır.
Pomadanın növləri
Pomadanın tərkibindən asılı olaraq nəmləndirici, qidalandırıcı gigiyenik, davamlı, super-davamlı və parıltılı növləri var.
Nəmləndirici: Dodağı həm rəngləyir, həm də çatvermədən qoruyur. Onun tərkibinə avokado, kakao, günəbaxan, kokos, gənəgərçək yağı və çobanyastığı cövhəri daxildir. Çatışmayan cəhəti isə dodaqdan tez silinməsidir.
Qidalandırıcı: Soyuq havada dodağı quruma və çatlamadan qoruyur, tərkibinə böyük miqdarda mum daxildir. Davamlı və super-davamlı: ləkə qoymur, dodaqda 24 saata qədər qalır. Onun tərkibinə efir yağları və rəngləyicilər daxildir. Davamlı pomadadan hər gün istifadə etmək məsləhət görülmür, belə ki, o, dodaqları qurudur.
Gigiyenik pomada: Quruluq və çatın yaranmasının qarşısını alır. Qışda dodaqlar üçün əvəzsizdir. Tərkibində vitaminlər, qidalandırıcı, nəmləndirici maddələr var. Təəsüflər olsun ki, dodaqlara rəng vermir. Parıltı: təbii makiyaj zamanı istifadə olunur. Tərkibində yağ və vitaminlər, az miqdarda bitki rəngləyiciləri var. Parıltını vurarkən ehtiyyatlı olmaq lazımdır, çünki o, tez yayılır. Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə gigyenik pomadalardır. Hansı vasitəni – parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.
Qulaqlarımızı soyuqdan qorumaq üçün papaq taxır, əllərimizə əlcək geyinirik. Amma dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq lazımdır.
Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtə bilərsiniz.
Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar. Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq.
Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloye olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.
UPD. Braziliyalı alimlər araşdırıblar ki, dodaq boyası kariyes yaradır. Dodaq boyasından çox istifadə edən qadınların dişlərində kariyesin əmələ gəlmə riski böyükdür. Bunu braziliyalı mütəxəssislər dünyada məşhur olan 10 brendin dodaq boyasını analiz etdikdən sonra üzə çıxarıblar. Araşdırma göstərib ki, pomadaların tərkibindəki parafin kariyesə səbəb olur. Boyanın tərkibində onun miqdarı az olsa da, hər gün pomadadan istifadə sonda belə problemə aparıb çıxarır.
Pomadanı çəkmək texnikası
Dodaqlarınızın gözəl görünməsini istəyirsinizsə, hər şeydən əvvəl onların qurumuş və çatlamış olmamalarını təmin etməlisiniz. Bunun üçün yanınızda daşıyacağınız bir çatlaq kremini (lipstick) lazım olduqda çəkməyiniz kifayət edəcək. Makiyaja başladıqda dodaqlarınız çatlaq olmamalı, çünki çatlaq dodaqlarda pomada təbəqə kimi qalxır və çox pis görünür.
Xüsusilə qışda pomada seçiminizi dodaq qoruyuculu olanlardan etməlisiniz. Bəzi pudralı pomadalar gözəl görünmələrinə baxmayaraq dodaqlarınızı quruda bilər. Parladıcı tərzdə olanları seçsəniz, dodaqlarınızı da nəmləndirər.
Pomada çəkməyə başlamazdan əvvəl nə qədər yüngül makiyaj etmiş olsanız da, dodaq qələmi istifadə etməlisiniz. Doğru çəkilən bir dodaq qələmi makiyajın təbiiliyindən heç bir şey azaltmaz. Əksinə, pomadanın qalıcılığını artırar.