Doğru geyimlərlə daha uzun görünə bilərsiniz!

Doğru geyimlərlə daha uzun görünə bilərsiniz!

uzun görünmək üçünBoyunuz qısa və bioloji olaraq uzanmanızın artıq imkanı yoxdur. Elə isə işiniz uzun görünmənizi təmin edən hiylələrə qaldı.sizə köməkçi olacaq üsullar:
- Tək rəng paltarları seçin. Təpədən dırnağa tək rəng geyimlər başqaları tərəfindən "uzun və zəif" qəbul edilmənizi təmin edər.
- Şalvar və ətəklərinizin beli incə olsun.
- Bəylər də şalvarlarıyla eyni rəng incə kəmərləri seçim edə bilər.
- Yaxşı tikilmiş, düz paltarları seçin.
- Paltarın üzərinizə oturmasına diqqət yetirin.
- Düymələr, zəncirbəndlər və digər detalların olmasına diqqət yetirin.
- Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat edə bilmirsinizsə daha qalın dikdaban rahat yüksək ayaqqabılar tapa bilərsiniz.
- Duruşunuza diqqət yetirin və dik getdiyinizdən əmin olun.
Əgər zəif deyilsinizsə, üfüqi xəttli geyimlər seçməyin. Üfüqi xəttlər, bədəni olduğundan bir az daha geniş göstərərlər. Ona görə bu tərz xəttli bluzlar yalnız zəif olanlar üçündür təəssüf ki,...
Bunlardan uzaq durun!
- Üfüqi xəttli paltarlar geyməyin.
- Geniş paltar sizi daha iri göstərər.
- Diz altı kaprilər və diz altı ətəklər qətiyyən sizə görə deyil.
Məşhurların gizli sirləri:
Natalie Portman, qısa boyunu daha uzun göstərmək üçün ya super mini paltarları incə yüksək dikdabanlarla, ya da çox uzun paltarları platforma dikdabanlarla geyməyi seçir. Beləcə ayaqları boyunu daha uzun göstərir. Ümumiyyətlə də tək rəng paltarlar istifadə edir.
Penelope Kruz gündəlik həyatında belə əsla özünü olduğu kimi göstərmir. Uzun paçalı cinsləri platformalarla geyərək, boyunu uzadır. Ya da çox qısa şortlar geyərək, qıçlarını olduğundan uzun göstərir. Əsla kapri geymir. Çünki kapri qıç boyunu ikiyə bölür.

Balıq ətli amma mütənasib bir bədənə sahib olan Salma Hayek, əksər hallarda dizin üstündə bitən paltarlar geyir.Tək rəng geydiyi paltarlarının bellərini isə dar tutur. Bu şəkildə həm uzun boylu həm də zəif görünür.

Uzun ayaqlar

Ayaqları uzun göstərmək üçün hündür dabanlar yaxşı çıxış yolu deyil, belə ki, onların üstündə gəzmək heç də asan və rahat olmur. Ona görə də ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin – çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.
Bundan əlavə, sizə bir neçə vizual üsullar təqdim edirik. Hər zaman eyni rəng qammasında paltarlar geyinin. Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir. Ən əsası isə paltarda üfüqi xətlərdən uzaq olun. Ayaqqabılara gəldikdə, onların rəngi corabınızın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmələr geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Dabanlarla da diqqətli olmaq lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburun ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaqboylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 santimetr olmalıdır.
Çəkmələrə gəldikdə isə, klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin. Onun boğazı isə orta uzunluqda olmalıdır. Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlar geyinin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir. Siz həmçinin, tünd rəngli dar şalvar da seçə bilərsiniz. Uzun yubkalar isə sizə yaraşmaz. Orta uzunluqda yubkalara üstünlük verin. Həmçinin, kəsiklər də ayağı uzun göstərir.

Top