Çəhrayı-qırmızı makiyaj

Çəhrayı-qırmızı makiyaj

1.Karandaş - Çəhrayı karandaşdan həm dodaqlar, həm də gözlər üçün istifadə etmək olar. Məhz bu çalar payız səhərində yorğun gözlərinizi canlı və ifadəli edəcək.

2.Demək olar ki, çəhrayı dırnaq boyası klassikadır. Nə qədər yeni çalarlar satışa çıxarılsa da, hazırda ən çox istifadə olunan məhz çəhrayı boyadır. Çünki o, hər bir geyim növünə və bir sıra makiyaja gözəl yaraşır.

3.Dodaq parıltısı - Dodaqlarınızın diqqət mərkəzində olmasını istəyirsinizsə, açıq-çəhrayı parıltı vurun. Parıltını adi pomadadan sonra alt dodağınızın ortasına vursanız, dodaqlarınız vizual olaraq həcmli və təravətli görünəcək. Ən dəbli rəng qızılgül çalarıdır. 4.Pomada - Çəhrayı dodaq boyası dodaqlarda çox incə və cazibəli görünür. Bu çalar həm də dodaqları cavan göstərir. Amma nəzərə alın ki, çəhrayı pomadalar o qədər də dayanıqlı olmur. Bunun üçün bir qat pomada çəkəndən sonra üstündən kirşan çəkin, sonra ikinci qatı vurun. Əgər çəhrayı pomada vurmusunuzsa, gözlərinizə eynirəngli kölgə vurmayın. Yalnız birini vurğulamaq olar. Belə pomada ilə sakit pastel çalarında olan kölgələrə üstünlük verin.

5.Ənlik - Ənlik seçimində də saçın və dərinin rənginə fikir vermək lazımdır. Çəhrayı ənlik isə istisnasız hamıya yaraşır, xüsusilə ağbəniz xanımlara. Belə ki, çəhrayı çalar üz rəngini təravətləndirir.

6.Kirşan - Kirşanlar bir neçə rəngdə olur - ağ, çəhrayı, sarımtıl, tunc, narıncı. Rəngin seçimi saç, dəri, göz rəngindən və əlbəttə ki, yaş həddindən asılıdır. Çəhrayı kirşan rəngi məhz ağbəniz sarışınlara yaraşır. Kürən xanımlar isə çəhrayı və sarımtıl rəngli kirşanları qatıb işlətməlidirlər. Əgər dəriniz qırmızıya çalırsa, çəhrayı kirşandan istifadə etmək olmaz. Solğun dərili xanımlar isə ağ kirşan əvəzinə mütləq çəhrayıdan istifadə etməlidirlər.

7.Çiyələkli bədən losyonunun ətri çox xoş olmaqla yanaşı, insanı bezdirmir. Belə losyondan istifadə etsəniz, özünüzü şirin və cazibədar hiss edəcəksiniz.

8."Hər bir xanımın kosmetika masasında mütləq olmalı çiyələkli üz kremi" - Çiyələkli krem dərini ilin istənilən fəslində lazım olan vitaminlərlə təmin edir. Belə kremlərin ətri xoş və təbii olur. Nər növ dəri üçün yararlı olan çiyələkli kremdən həm gündüz, həm də axşam istifadə edə bilərsiniz.

Həmçinin bax: Smoky eyes (tüstülü gözlər) makiyaj
Arabic makiyaj
Bürclərə uyğun stil və makiyaj
Hamıdan gözəl görünmək üçün makiyaj sirləri
Top