Kosmetoloji məsləhətlər

Kosmetoloji məsləhətlər

Problemsiz dəri
Məhsullar: Təzə nanə, duz
Yarım litr suyu qaynadın və içinə on ədəd təza nanə yarpağı atın. On dəqiqə saxlayandan sonra suyu süzün və bir fincan duzla bərabər vanna qəbul edin.
Nanə rahatladıcı, sakitləşdirici təsiri olan bitkidir. Duz isə pilinq etmə özəlliyi sayəsində dərini ölü hüceyrələrdən təmizləyir.
Məhsullar: Süd, duz, bal.
Plastmas şüşədə bir litr süd, bir fincan duz və yarım fincal balı çalxalayaraq qarışdırın. Əldə edilən köpüklə bədəni masaj edin və yaxalanın. Həftədə bir dəfə edilən bu masajda süd epidermisə zərər vermədən dərini təmizləyir. Duz da ölü dəridən azad olmağa kömək edir.
Məhsullar: Yumurta sarısı, süd.
İki məhsulldan hazırlanan qarışığı üzə sürtün, maskanın üstünü nazik parça ilə örtərək on beş dəqiqə gözləyin. Sonra maskanı kağız dəsmalla silərək təmizləyin, ilıq su ilə yaxalayın. Qidalandırıcı yumurta və nəmləndirici süd dəriyə gözəllik bəxş edəcək.
Məhsullar: Bal, süd, limon suyu.
Bir qaşıq bal, bir qaşıq limon suyu və bir miqdar süd qataraq qarışdırın. Qarışığı üzünüzə və boynunuza sürtün. Quruyana kimi gözləyin və nəm dəsmal ilə təmizləyin. Bu maddələr dərinin yağlılığını tənzimləyir. Artıq yağın səbəb ola biləcəyi sızanaqların qarşısını alır.
Qara nöqtələr
Məhsullar: Limon suyu, qatıq
Bir kasa qatığı bir limonun suyu ilə qarışdıraraq maska hazırlayın. Bu maska üzdə on beş dəqiqə qalandan sonra yuyun. Limon suyu dərini dezinfeksiya edir və qara nöqtələri yox edir. Qatıq isə dərini nəmləndirərək, yağın miqdarını tənzimləyir.
Sızanaqlar
Məhsullar: Gül kələm, zeytunyağı.
Səkkiz ədəd kələm yarpağını iki qaşıq zeytunyağı ilə bir yerdə mikserlə çalın. Qarışığı problemli bölgələrin üstünə sürtün. On dəqiqdən sonra üzünüzü ilıq su ilə yuyun.
Qırışıqlara son
Məhsullar: Qaymaq, alma.
Qabığı soyulmuş almanı 3 qaşıq qaymaqla mikserlə çalın. Qarışımı dəriyə sürtəndən sonra üzərini təmiz parça ilə örtün. Bir neçə dəqiqədən sonra maskanı silin və üzünüzü ilıq su ilə yuyun.
Qaymaq dərini yumşaldır, nəmləndirir və elastiklik verir, qırışlara qarşı təsirlidir. Alma isə dərinin canlı qalmasına kömək edir.
Əllərdəki ləkələr
Məhsullar: Limon suyu, zeytunyağı.
Üç damcı zeytunyağını bir limonun suyu ilə qarışdırın. Qarışığı əllərinizə sürtün. Yarım saatdan sonra pambıqla əllərinizi silin və yaxalayın.
Limon suyundakı C vitamini əllərdəki ləkələrin solmasına, dərinin pilinq olmasına, zeytunyağı isə quruluğun aradan qalxmasına və yumuşalmaya kömək edir.
kosmetoloji sirlər
Əl maskası
Məhsullar: Zeytunyağı, bal.
Maskanı tədbiq etməzdən əvvəl bir müddət əllərinizi suda yumşaldın. Sonra əllərinizi 5 dəqiqə ilıq zeytunyağı və bir çay qaşığı balın içərisində saxlayın. Bu məhlulla əllərinizi masaj edin.
Dırnaqlara qulluq
Məhsullar: Lavanda yağı.
Dırnaqların üzərinə sürtülən bu yağ onları tez tez qırılmalardan və sairə bir çox problemlərdən mühafizə edəcək.
Saçlar
Məhsullar: Yumurta sarısı, adaçayı yağı.
Bir yumurtanın sarısını 4 damcı yağ ilə qarışdırın. Bu məhlulu təmiz saça sürtün. 10 dəqiqə gözləyəndən sonra isə ilıq su ilə yaxalayın. Yumurta saçları yumşaldır, onların daha asan daranmasına yol açır. Adaçiçəyi yağı isə saçlara ipək kimi görüntü verir.
Saç maskası
Məhsullar: 2 yemək qaşığı bal, 1 ədəd limon
İki yemək qaşığı balı bir limonun suyu ilə qarışdırın. Maskanı quru saça sürtüb 10 dəqiqə gözləyin. Saçlar həcmli və parlaq görünüş qazanacaq.
Top