Gözəl deyiblər: ”İşgüzar insan olub, əl dırnaqların gözəlliyi haqqında düşünməlisən.”
Əl dırnaqlarının boyanma tarixi 1800-cü ildən başlanıb. O vaxtlar dırnaqları qırmızı ətir yağla boyayıb və dəri ilə sürtüb parıldadırdılar.
1900-cü ildə isə xanımlar dırnaqlarını balaca qayçılarla tutmağa başlayıb, müxtəlif kosmetik alətlərlə sürtüb təmizləyərdilər. Dəvə tükündən hazırlanmış fırça ilə dırnaqları boyayardılar. Amma bu lak prototipı uzunmüddətli olmurdu və bir gündən sonra silinirdi.
1925-ci ildə dırnaqlar üçün şəffaf çəhrayı rəngli boyalar yarandı. O dövrün dəbinə görə onlar dırnaqların yalnız orta hissəsinə çəkilirdi. Dırnaqların qırağı isə açıq qalırdı.
Stilistlər qadınlara parlaq rənglərdən istifadə etməyi məsləhət görmürdülər. O zaman “Max Factor” şirkəti ilk dırnaq boyaları istehsalına başladı. Dünyada ilk dəfə satışa çıxarılan lak flakonları kiçik dəmir qablarda bej rəngli kirşanı formasında idi. Dırnağa çəkilmiş bu kirşanı sonradan xüsusi dəri parçası ilə parıldadırdılar.
Nə qədər bahalı olsa da bəzən çəkdiyimiz dırnaq boyaları uzun müddətli olmur. Bu da əsasən işgüzar xanımların şikayətinə səbəb olur.
1 – Boyanı yarıyadək çəkin:
Dırnaq uclarını gücləndirmək və boyanın daha çox uzun müddətli olması üçün birinci qat dırnaq boyasını dırnaqların dibindən ortasına qədər çəkin. Quruduqdan sonra isə ikinci qatı tam formada dırnaqınıza çəkin.
2- Dırnaq boyasından çox istifadə edin.
Hər iki qatı çəkərkən dırnaq boyasını qalın çəkin. Qurumağı üçün biraz vaxt tələb olunsa da boyanın ömrü daha uzun müddətli olur.
3- Soyudun
Dırnaq boyasının çəkdikdən sonra daha tez quruması üçün əllərinizi soyuq su olan qaba salın və dayana bildiyiniz qədər gözləyin. 5 deqiqe erzində dırnaqlarınızı sudan çıxarıb təkrar suya salmaqla daha tez qurumuş və parlaq dırnaqlara sahib olarsınız.
4- Dırnaqlarınızı qoruyun
Dırnaqlarınızı qorumaq üçün boyadan əvvəl dırnaq qoruyucu boya çəkə və ya yodla silə bilərsiniz. Bu zaman hem dırnaqlarınız möhkem olar hem de dırnaq boyasının zərərlərindən qaçmış olarsınız.
Həmçinin qadınlarımız dırnaqlarının ayrılmasından yəni ikiyə bölünməsindən şikayət edirlər. Bununla qarşılaşmamaq üçün hazır çay paketindən istifadə edə bilərsiniz. Əvvəlcə çay paketini dırnaqlarınızın formasında kəsin daha sonra birinci qat dırnaq boyasını çəkdikdən sonra qurumaqını gözləmədən kəsdiyiniz çay paketlərini dırnaqınıza yapışdırın ve ikinci qatı çəkin. Bundan sonra dırnaqlarınız güclənir və soyulmur. Və ən əsası dırnaqları asetonla sildiyiniz zaman paketlərdə silinir və heç bir çətinlik yaranmır.
Boya çəkən zaman bəzi məqamlara diqqət yetirmək vacibdir.
- Boyadan mütəmadi olaraq istifadə etmək məsləhət deyil, arada dırnaqlara fasilə vermək lazımdı. Axşam boyanı silib səhər yenisini də çəkmək olar. Və ya istirahət günləri dırnaqlara da “istirahət” vermək olar.
- Boyanı quru dırnaqlara çəkmək lazımdı, buna görə dırnaqları yenidən quru pambıqla təmizləyin.
- Əvvəlcə dırnağa bir qat qoruyucu boya çəkilir. Bu əsas boyanın daha da uzunmüddətli qalmasını təmin edir, dırnağın qırılmasının və qatlara soyulmasının qarşısını alır.
- Əsas boyanı çəkərkən klassik metodlardan istifadə etmək olar. Boya əvvəlcə dırnağın orta zolağına, daha sonra isə kənar zolaqlarına çəkilir.
- İlk qatı çəkəndən sonra bir qədər qurumasını gözləyib ikinci qat çəkilir. İki qatdan artıq boyanı çəkməyə ehtiyac yoxdur. Əks təqdirdə əziyyətiniz hədər gedə bilər.
- Diş çöpünə nazik pambıq dolayıb boya təmizləmək üçün istifadə etdiyiniz xüsusi maddəyə batırın və dırnaqlarınızın kənarına bulaşmış boyanın qalıqlarını silin.
Boyanın qurudulması
Manikür prosesində ən yorucu mərhələ dırnaq boyasının qurumasıdır. Bəzi qaydaları diqqətinizə çatdırırıq.
- Boyanın tez quruması üçün əlləri soyuq suya qoymaq olar.
- Boyanı fenlə qurutmaq məsləhət deyil, belə ki isti havanın təsiri nəticəsində boya nahamar quruya və rəng öz parlaqlığını itirir. Boyanın üzərində isə hava qovuqları əmələ gələ bilər.
- İstənilən halda bütün işlərinizə bir müddət fasilə verib gözləməkdir. Unutmayın ki, siz dırnaqlarınıza bir neçə qatdan ibarət boya çəkmisiniz və sərf etdiyiniz vaxtın hədər getməməsi üçün səbr etməyə dəyər.
Dırnaqlarınızın daima səliqəli qalmasını istəyirsinizsə istər ev, istərsə də salon şəraitində iki həftə bir dəfə manikür etmək lazımdır.
Həmçinin bax: Manikürlü dırnaqlar