Əllərimizin qayğısına qalaq
Bir qadının yaşı boynundakı cizgilərdən və əllərindəki qırışıqlıqlar ilə müəyyən olunur.Amma çox vaxt qadınlar əllərinə yetərincə diqqət etmir və ya buna vaxt ayıra bilmirlər. Ona görə ev şəraitində gözəl əllərə sahib olmağa çalışaq:
— Əllər gündə bir neçə dəfə yumşaq sabunla və bol təmiz su ilə yuyulmalı, yaxşıca qurulandıqdan sonra kremlənməlidir.
— Həftədə ən az 1 dəfə əllərə çox yağlı kremlə massaj edilməlidir.
— Limon suyu barmaqları təmizləyib rənglərini açır,ancaq limon suyu dərini qurutduğu üçün daha sonra krem çəkilməlidir
— Soyuq havada,xüsusilədə qış aylarında əlcəkdən istifadə olunmalıdır və hər axşam yatmazdan əvvəl əlləri zeytun yağı ilə yaxşıca masaj etmək lazımdır
— Ev şəraitində hazırlaya biləcəyimiz yumşaldıcı və bəsləyici sadə krem: 5 xörək qaşığı yulaf unu, bir yumurta sarısı və iki xörək qaşığı bal.Bir qabda krem halına gələnədək qarıştırılır və əllərə sabah ,axşam çəkilir.
Dırnaqlara qulluq
Əllərin gözəl görünməsində dırnaqların da böyük rolu var .Dırnaqlar sağlamlığımız barədə da məlumat verə bilər.Sağlam dırnaqlara sahib olmaq üçün isə ilk növbədə süd məhsullarından ,qırılan dırnaqlara qarşı isə qoz və yer fıstığından müntəzəm istifadə etmək məsləhətdir.
Ev şəraitində onlara qulluq etmək üçün müxtəlif üsullardan istifadə olunur:
Əl və dırnaqların bir " dost«u da limon suyudur. Müəyyən müddətdən bir dırnaqların limon suyu ilə silinməlidir.
Mütəxəsislər saralan dırnaqları ortadan kəsilən limonun içinə batırmağı, tez qırılan dırnaqlar isə bir həftə lak çəkmədən təbii kremlərdən istifadə etməyi məsləhət görürlər.
Yarım çay qaşığı kaşığı sirkə, bir yumurta sarısı və iki xörək qaşığı ananas suyu bir qabda qarışdırılır. Dırnaqlar bu məhlulun içində beş dəqiqə saxlanıldıqdan sonra yuyulur.
Dırnaqlardakı lak aseton batırılmış pambıqla silinir. Aseton artıqlarını təmizləmək üçün əllər yuyulur və beş dəqiqə sabunlu ilıq suda saxlanılir. Əllər qurulanıb artıq dırnaq ətləri geri itələndikdən sonra yenidən qurulanıb lak çəkilə bilər.
Dırnaqlara düşən mürəkkəb və bu kimi ləkələri çıxarmaq üçün istifadə olunmyan diş fırçasına az miqdarda diş pastası vurub dırnaqları incə bir şəkildə fırçalamaq lazımdır. Bu zaman ləkələr asanlıqla çıxır.