Biz – qəbul etdiyimiz qidayıq! Bu yazıda, kişilərə spermanı artırmaq üçün tələb olunan qidalardan söz açacaq. Əgər siz ata olmaq istəyirsiniz isə bu yazı sizə kömək olacaq.
Əksər hallarda cütlüklərdə sonsuz kişilər olur. Sonsuzluq müalicə olunan və müalicə olunmayan olana bölünürlər. Əgər sizdə sadəcə sperma azlığı problemi varsa bu zaman özünüz düzgün qidalanmaqla bu problemi aradan qaldıra bilərsiniz. Orta statistik kişinin bir eakulyasiya zamanı 1 xörək qaşığı spermasında 1 mln-a yaxın spermatazoid olmalıdır. Bu spermatozoidlər aktiv, sürətli və keyfiyyətli olmalıdırlar. Əgər siz spermanızın keyfiyyətindən şübhəlisiniz isə bu zaman androloqa müracət etməniz məsləhətdir.
Beləliklə, spermanın keyfiyyətini, sürətini, aktivliyini və sayını artıran 5 məhsul:
1. Qırmızı bibər, kök, yulaf, qaysı qurursu
Qırmızı bibər deyən də şirin və acı çili bibəri nəzərdə tutulur.
Bu məhsulların əsas vitamini – A vitaminidir. A vitamini spermanı gücləndirir və aktivliyini artırır. Bu vitaminin çatışmamazlığı spermanın zəifliyinə gətirib çıxarda bilər.
2. Qulançar, pomidor, çiyələk
C vitamini spermanın aktivliyini artırır və onların yaşam qabiliyyətini artırır. C və A vitaminləri bir neçə eyni məhsullarda da vardır: qırmızı bibər, kartof, sarı meyvə-tərəvəz və kələm. Onların tərkibindəki antioksidantlar azad radikalları məhv edərək spermanın sayını artırır.
3. Somğa, sardina, ançous, qoz
Omeqa-3 turşusu qan dövranını yaxşılaşdırır və cinsi orqanlara qan axınını yaxşılaşdıraraq cinsi funksionallığa müsbət təsir edir. Sağlam kişinin sperması müxtəlif yağlı turşulardan ibarətdir. Həmçinin krab, krevetka, cücə yeməyiniz məsləhətdir.
4. Hinduşka, balqabaq tumu, yumurta, istridyə, dəniz məhsulları
Sink çatışmamazlığı testosteron və sperma azlığına səbəb ola bilər. Sink bir çox məhsullarda vardır – həmçinin yoqurt, mal əti, yulaf.
5. Avokado, paxlalılar, yaşıl tərəvəz, buğda
Fol turşusu – kişi və qadın cinsəlliyi üçün olduqca vacibdir. Bu turşunun valideyinlərin orqanizmində azlığı patologiyalı övladların dünyaya gəlməsinə səbəb ola bilər. Kişinin qanında fol turşusu azlığı zamanı speramada xromosom anomaliyası baş verə bilər.
Spermatozoidlərin sayını və keyfiyyətini artırmaq üçün yaşıl tərəvəz, semerinka, xiyar, yaşıl bibər yeməlisiniz.
Mənbə: qadin.az