Bir çox hallarda qadınlar həyatında olan kişinin anasına bənzədiyinin fərqinə varır. Qadınlar bunu büruzə verməsə də, bu kimi hallar dünyanın hər yerində yaşanır.
Finlandiyada aparılan araşdırmalar nəticəsində kişilərin onların analarına bənzəyən qadınlardan daha çox xoşlandığı məlum olub.
Psixoloq Dr.Urszula Marcinkovska görə bu olduqca təbii haldır. Marcinkovskanın fikirlərinə əsasən kişilərin ilk münasibətləri anaları ilə olduğu üçün, analarına bənzəyən qadınla həyat keçirməyi daha üstün bilirlər.
Psixoloqların dediyinə görə, bir kişinin anası ilə olan münasibəti onun gələcək həyatına olduqca təsir edir. Romantik kişi üçün ana-oğul bağlarının yaxın və sevgi dolu olması önəmlidir.
Psixoloq Narınc Rüstəmova isə açıqlamasında bildirmişdi ki, kişinin özündən yaşca böyük qadınları sevməsi onun anasına çox güclü bağlı olmağından irəli gələ bilər :
“Son vaxtlar özündən yaşca böyük qadınlarla evlənən kişilərin sayı artsa da, əvvəlki illərə nisbətən daha azdır. Bu tip oğlanların ürəyində ana sevgisi hədsizdir. Əgər oğlun “edib” kompleksi (anaya sevgi) nə qədər güclüdürsə, onda özündən yaşca böyük qadınlara meyli də bir o qədər güclüdür. Əgər ana bu gün oğlunu özündən çox asılı edirsə, oğul anaya çox düşkündürsə həmin oğul sevdiyi insana da eynilə bu formada bağlanacaq, həmişə də yaşı yuxarı qadınlara daha çox maraq göstərəcək. Əslində, bu,ananın ən böyük bədbəxtliyidir ki, oğlu kifayət qədər özündən yaşlı qadınları sevir. Oğlanın özündən yaşca böyük qadınla evlənmək istəməsi şüuraltı olaraq oğlanın anasının verdiyi qayğını həmin qadında axtarma istəməsidir. Kişinin sevdiyi qadın özündən yaşca böyükdürsə, o qadın həm kişinin məşuqəsi, həm sevdiyi qadın, həm də onun anası rolunu oynayır.
Mənbə: qadin.az