Varikosel yeniyetməlik dövründə hər 5 oğlandan birində müşahidə oluna bilən xəstəlikdir. Yumurtalıqda şişlik və qasıqlarda ağrı ən çox şikayət olunan nüansdır.
Bunu uşaq urologiyası uzmanı, cərrah Pərviz Hacıyev bildirib.
Həkim qeyd edib ki, hər varikoselenin müalicəyə ehtiyacı olmur. Xayaya zərər vura biləcək və sonsuzluğa səbəb olma ehtimalı olan varikosele müalicə olunmalıdır.
Bəs hansı hallarda əməliyyat olunmalıdır?
Sol tərəfli varikosele halların 90%-də görülür və təxminən 10% ehtimalda ikitərəfli varikosel aşkar edilir. Varikoselin sperma parametrlərinə, o cümlədən sıxlığa, hərəkətliliyə və morfologiyaya mənfi təsir göstərməsi və testis həcminin azalması ilə sonsuzluq problemlərinə səbəb ola biləcəyi bilinir.
Varikosel testislərin damarların həddindən artıq genişlənməsi və damarların içərisində qan toplanmasına deyilir. Bu vəziyyətdə içərisində zəhərli artıq maddələri daşıyan qan testisə zərər verə bilər. Eyni zamanda yığılan qanın səbəb olduğu istilik artımı da xayalardakı funksiyanın pozulmasına səbəb ola bilər.
Yetişkinlik dövründə testis inkişafında atrofiya (büzülmə) və sperma dəyərlərinin pozulması nəticəsində sonsuzluğa səbəb ola bilən varikosele, xayalıqda və qasıqda ağrı kimi əlamətlər ilə yeniyetmə yaşlarında çox rast gəlinən bir xəstəlikdir.
Əl ilə müayinə varikosel diaqnozunun qoyulması üçün əksər halda kifayətdir. Uşaqlarda və yeniyetmə dövrdə sperm analizinin aparılması mümkün olmadığı üçün əməliyyat qərarı əksər halda təsirlənən xayanın həcminin ölçülməsinə görə verilir. Təsirlənən xayada digər testis nisbətlə 2 ml və ya 10%-dan çox həcm fərqi əməliyyat üçün göstərişdir. Yeniyetmələrdə varikosel əməliyyatında məqsəd sperma keyfiyyətini qorumaqdır.
Mənbə: Milli.Az /news.milli.az