Uzun saqqal
Əziz kişilər, biz çox gözəl başa düşürük ki, üzü hər gün təraş etmək zəhlətökən prosesdir. Lakin bu fakt sizə saqqalınızı yerə qədər uzatmağa bəraət qazandırmır. Əgər dəblə ayaqlaşdığınızı və bununla qızların diqqətini çəkəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Uzun və çirkli saqqal qızların ancaq ürəyini bulandıra bilər.
Yuxarıda yığılmış toppuz
Bu barədə danışmağa dəyməz. Kişilər saçlarını toppuz yığmağa başlayan andan etibarən qızların gülüş hədəfi olub.
Dar cinslər
Həkimlər illərdir ki, dar cinslərin qızların sağlamlığı üçün təhlükəli olduğu barədə həyəcan siqnalı çalır. Bu, kişilərə də aiddir. Ümumiyyətlə, dar şalvar geyinən kişilər birmənalı qarşılanmır və onların oriyentasiyası şübhə altına düşür.
Loafer ayaqqabılar
Qızlar balağı qısaldılmış şalvarla loafer ayaqqabı geyinmiş kişi görəndə ağlına dərhal bu sual gəlir: “Bir insan niyə özünü bu vəziyyət salsın?” Şalvarla ayaqqabının arasında qalmış tüklü dəri xoş təsir bağışlamır. Odur ki, dar cinslər və loafer ayaqqabılarla vidalaşmağın vaxtıdır.
Kəpənək qalstuk
Açığını desək, kəpənəklər smokinqlərlə daha xoş görünür. Bir vaxtlar dəb gündəmini zəbt etmiş kəpənək qalstuklar gündəlik geyimin əvəzolunmaz aksessuarı idi. Qeyd etməliyik ki, kəpənək qalstukların dövranı çoxdan ötüb.
gencaile.az