Xəyanət edən kişini necə
tanımaq olar?
Bir kişinin sizə xəyanət edib-etmədiyi əslində həmin şəxsin xəyanət barəsində nə qədər təcrübəli olması ilə əlaqəlidir. Bəzi ümumi qanunlar olsa da, bütün münasibətini xəyanət edərək keçirən bir kişi üçün xəyanət etməyin yemək yeməkdən çox da fərqi yoxdur.
Xəyanət edən kişi necə hərəkət edir?
Əgər çox təcrübəsizdirsə, sizə həddindən çox diqqət göstərməyə başlayacaq. Sizə hədiyyələr və güllər ala bilər. Ancaq artıq onlar da bu üsulun bir çox qadın üzərində işə yaramadığını bilir.
O günə qədər ananızın yanına getməyinizdən narahat olan insan birdən-birə ananızın sağlamlığı ilə maraqlanmağa başlayar. Ən sevmədiyi dostunuzu sevməyə başlaya bilər. Evə daha çox pul qoya bilər. Geyim tərzi, saçları, ətiri və ya ayaqqabısının boyası birdən-birə çox vacib olmağa başlayıbsa, şübhələnə bilərsiniz.
Sosial şəbəkələr
O günə qədər Twitter, Facebook, e-mail, mobil telefonunun şifrəsini bildiyiniz sevgilinizin profilinə artıq girə bilmirsinizsə, şifrəni dəyişdiribsə, səbəbini soruşa bilərsiniz əlbəttə! Ancaq əsas sual ondan bu qədər şübhələndiyiniz halda onunla hələ də necə bir münasibətə davam etdiyinizdir.