Əlcək seçərkən nələrə fikir vermək lazımdır?

Əlcək seçərkən nələrə fikir vermək lazımdır?

Model, faktura, rəng və forma baxımından zəngin müxtəlifliyi olan əlcəklər, müasir gündə çoxluq təşkil edir. Bəs, əlcək seçərkən nələrə fikir vermək lazımdır? Düzgün əlcək seçmək üçün ilk öncə büdcəni və məqsədi dəqiqləşdirmək və yalnız bundan sonra alış-verişə çıxmaq lazımdır.

Rənglər
Əgər qara və qəhvəyi rənglər sizə çox darıxdırıcı gəlirsə, palto və ya gödəkçənizə uyğun digər bir rəng seçimi edin. Üst geyiminizin rəngindən biraz tünd və ya açıq rəng seçə bilərsiniz, həmçinin zümrüd rəngi, tünd göy rəngləri də bu il seçiminiz ola bilər. Müxtəlif printlərdən də seçim edə bilərsiniz: həndəsi və animasiya.

Ölçü
Mütləq şəkildə əlcəkləri əlinizə taxın və yalnız əlinizdə rahat oturan əlcəyi seçin. Dəri, zamşa, kaşemir və sair əlcəklərdən seçim edin. Əgər dəri əlcəkləri bəyənmədiniz isə, toxuma və ya qeyd etdiyimiz digər materiallara üstünlük verə bilərsiniz. Əgər əlinizi tam sərbəst işlətmək istəyirsiniz isə, seçiminizi yun saplardan toxunmuş əlcəklərdən yana edin.

Dar əlcəklər dərinizin qan dövranını pozacaq və sıx olduğu üçün istini çölə ötürəcək və əlinizin içi daim soyuq qalacaq. Çox geniş əlcəklər isə ilk növbədə səliqəsiz görkəmə malikdirlər. Ən ideal şəkildə – əlcək əldə oturmalı və barmaqlar azad şəkildə hərəkət etməlidirlər.

Bağlanması
Ən ideal variant kimi boğazında rezin bağın olmasıdır. Bu halda soyuq hava içəri daxil ola bilmir və əl isti qalır. Əgər aldığınız əlcək büdcənizə uyğundursa, iki cüt alın ki, itirdiyiniz və ya cırdığınız zaman ehtiyatda əlcəyiniz olsun.



İdman əlcəkləri aldığınız zaman, gödəkçəyə ilişdirmək üçün xüsus bağların olmasına fikir verin. Bunun nəticəsində əlcəkləri itirmək ehtimalınız azalacaq.

Dəri əlcəklər, nəm havada o qədər də məsləhətli deyil. Ən əsası onları qurutmaq üçün isidicilərdən istifadə etməyin. Qar və yağışda ən optimal olaraq, toxuma və ya trikotaj əlcəklər istifadə etmək lazımdır.
Top