Ata olmaq istəyən kişilərin diqqətinə

Ata olmaq istəyən kişilərin diqqətinə

Uşaq sahibi olmaq istəyən cütlüklərin qarşılaşa biləcəyi bir problem olan sperma sayında və keyfiyyətində azalma gündən-günə artmaqdadır. Kişilərin bilmədən etdiyi bəzi hərəkətlər də buna səbəb olur.

Dar alt paltarı geyinmək
Ata olmaq istəyənlərin dar alt paltarlarını bol və rahat şortlarla dəyişdirməsi tövsiyə olunur. Belə ki, dar alt paltarı xayaları bədənə daha yaxın tutaraq, onların bədən istiliyi ilə isinməsinə səbəb olur. Bu isə sperma sayının azalmasına təsir edir. Stanford Universiteti ata olmaq istəyən 501 kişi üzərində araşdırma aparıb. Gen alt paltarı geyinən və gecə çılpaq yatan namizədlərin sperma sayı və keyfiyyətində artım müşahidə edilib.

Diz üstü notbuk
Mütəxəssislər xayaların bədən temperaturu olan 35 dərəcə, ya da bədən temperaturundan 2 dərəcə aşağı istilikdə fəaliyyət göstərəcəyini söyləyir. Halbuki dizüstü notbuklar 70 dərəcəyə qədər isinə bilir və kompüter qucaqlarında çalışan kişilərin xayaları çox isinir.

Sauna və isti cakuzilər
Hazırda saunalar 100 dərəcəyə qədər isinir. Həkimlər cakuzilərdəki isti suların xayalara təsir etdiyini bildiriblər. Həmçinin ata olmaq istəyənlərin isti sauna və cakuzilərdən uzaq durmalarını tövsiyə ediblər.

Cib telefonları
Cib telefonlarını mümkün olduğu qədər xayalardan uzaq tutmaq lazımdır. Çünki yaydığı radiasiya spermalara zərər verir. Həkimlər deyir ki, gündə bir saat cib telefonuna məruz qalan xayaların içindəki spermalar zərər görür.

Siqaret
Siqaret çəkən kişilərin spermalarında tütün izlərinə rast gəlinib. Brazilyadakı San Paolo Universitetinin araşdırmasına görə, spermanın içindəki DNT-yə təsir edən tütün genetik qüsurlara səbəb olur.



Lazımsız dərman istifadəsi
Kimya terapiyada istifadə edilən dərmanlar sperma sayında azalmaya səbəb olur. Antibiotiklər isə sperma sayında müvəqqəti bir azalmaya səbəb ola bilir.

ailem.az
Top