Onlar saqqalları ilə ətrafdakılara balaca süpriz edən kişilərdir. Kimləri nəzərdə tutduğumuzu yəqin bildiniz: “Aaa sənin saqqalın qızılı imiş!” dediyimiz kişilər.
Qızılı saçlı insanlar çox nadir rast gəlinir, amma saçı qızılı rəngdə olmadığı halda saqqalı bu rəng olanlar çoxdur. Bəs görəsən bu necə mümkündür? Hollandiyanın milli genetik araşdırma mərkəzi Erfocentrum-da çalışan elm adamı Peta Haak-Bloem vəziyyəti belə açıqlayır:
Qızılı saç rəngi araşdırmaçıların MC1R ( saç və dəri rəngini əmələ gətirən protein) geni dediyi gendə mutasiyanın meydana gəlməsi nəticəsində ortaya çıxır. Anamız və atamızdan bir MC1R geni bizə miras qalır və onlardan mutasiyaya uğramış iki gen aldığımız təqdirdə bu, bizdə qırmızı saç və saqqal yaradır. Amma biri mutasiyaya uğramış digəri uğramamış iki gen almaq, insan bədənində gözlənilməz yerlərdə qırmızı tüklərin çıxmasına səbəb olur.
Yəni, əgər qızılı saqqalları olan amma qızılı saçları olmayan birisinizsə, bu ailənizdə qızılı saçlı birinin olduğunu göstərir. Genlər özünü müxtəlif nəsillərdə fərqli göstərdiyindən qızılı saçı sizə verən mutasiyaya məruz qalmış gen birdənbirə vücudunuzda ortaya çıxır.