Kişilər üz xətləri özlərinə bənzəyən qadınları daha cazibədar hesab edirlər. Fransadakı Monpelye Elm İnstitutunun mütəxəssisləri yeni araşdırmalarından sonra bu qənaətə gəliblər.
Sən demə, güclü cinsin nümayəndəsi göz rəngi, yanağında qəmzə kimi özəllikləri üst-üstə düşən qadınlarla birlikdə olmağı üstün tuturlar.
Belə ki, araşdırma çərçivəsində könüllülərə 100 qadının fotosu göstərilib. Onlardan üzərində fotoşopla əməliyyatlar aparılan şəkillərdəki qadınlardan xoşlarına gələnləri seçmək tələb edilib. Nəticədə kişilərin çoxu özləri ilə eyni göz-saç rəngi, eyni dodaqlara sahib olan qadınları seçiblər. Onlar özlərinə bənzəyən qadınların daha cazibədar olduqlarını düşünürlər. Ən azı bir uşağı olan onlarla cütlüyün qatıldığı digər araşdırma da eyni nəticəni verib.
Ümumiyyətlə isə, kişilər özlərinə həyat yoldaşı, sevgili seçərkən daha çox fiziki özəlliklərə, qadınlar isə insanlığa, sosial statusuna diqqət edirlər.