Kişilər necə komplimenti sevir?

Kişilər necə komplimenti sevir?


Kefsiz bir qadının əhvalını xoş etməyə bir kompliment yetər. Bu taktika kişilərdə başqa cür təsir yaradır. Onlarıln eşitdikləri kompliment onları hərəkətə gətirirmiş. Tanımadığı qadından kompliment eşitdikdə, kişilər ona diqqət yetirməyə başlayırlar.

Sevdiyi xanımdan aldığı kompliment isə ona daha da həssas yanaşmasına səbəb olur. Bu işin bir amması da var ki… Onlar hər komplimenti qəbul etmir, bəyənmir. Bəs kişilərə ən çox necə kompliment deyilməlidir? Əsas, onun şəxsi keyfiyyətləri və gördüyü işlə bağlı olan komplimentləri. Məsələn, «Sən hamıdan yaraşıqlı və ağıllısan” ifadəsi onun üçün heç bir məna kəsb etməyəcək. Lakin „sənin düzəltdiyin oturacaq əla alınıb” deməyiniz onu bir az da çox həvəsləndirəcək.

Kişilər bir şeyi səhv etdikdə bunu birbaşa onun üzünə deməkdən çəkinin. Məsələn, o rəsmi divara əyri vurubsa: “Bu şəkli tam mənim istədiyim yerdən asmısan, amma sağ küncü bir qədər yuxarı olsa daha yaxşı görünər, məncə” deməyiniz kifayətdir ki, o sizin arzunuzu tez yerinə yetirsin.

Yanlış addımlar
Kişilərlə ünsiyyətdə „dovşanım, quzum, pişiyim” kimi sözlərdən istifadə etməyin. Bu zaman onlar sizin gözünüzdə özlərinin igid kimi göründüklərinə şübhə edəcəklər. Eyni zamanda, komplimenti kişilərə tez-tez demək də düzgün deyil. Çünki xoş sözlər onlar üçün adi hal alanda, sizin üçün nə isə etməyə stimulları olmur. Komplimenti yerində və edilən yaxşılığa qarşı demək lazımdır.
Top