Saç ağarması gənc kişilərin problemləri arasında ilk sıralarda dayanır. Düzdür, əksər kişilərə ağ saç yaraşsa da, amma yenə də əksəriyyətinin bu, xoşuna gəlmir. Saçların ağarmasının qarşısını ala bilmərik, amma bu prosesi bir az gecikdirə bilərik. Belə bir imkanımız varsa bundan niyə də istifadə etməyək?
5 xörək qaşığı qatıq (ilıq halda), 3 diş sarımsaq.
Bunları yaxşıca qarışdırıb sarımsaq qatıq halına gətirirsiniz. Sonra 1 saat saxlayıb, 1 çay qaşığı şəkər tozu əlavə edin. Qarışığı hazırladıqdan sonra yuyulmuş saçlara tətbiq edin. Yarım saat saxladıqdan sonra ilıq su ilə yuyun. Saçlarınızı duruladıqdan sonra isə şampunla yaxalayın. Həftədə 2 dəfə edə bilərsiniz.
5 xörək qaşığı sirkə, 3 xörək qaşığı balqabaq şirəsi əlavə edirik. Bunları yaxşıca qarışdırdıqdan sonra tərkibinə 2 çay qaşığı limon şirəsi əlavə edin. Qarışıq hazır olandan sonra həftədə iki dəfə saçlara tətbiq olunur.
3 xörək qaşığı hindistan qozu yağı və tərkibinə 2 xörək qaşığı zeytun yağı əlavə edin. Qarışdırdıqdan sonra 5 xörək qaşığı limon suyu da əlavə edib, maskanı saç diblərindən başlayaraq saçlarınızın ucuna qədər çəkin.