Subay kişilər evlilərlə müqayisədə daha cavan yaşlarında dünyalarını dəyişirlər. Tədqiqatlar göstərib ki, 19-44 yaşlarında kişilər arasında subayların 50 yaşına çatmadan ölmək ehtimalı evlilərlə müqayisədə düz 58 faiz artıqdır. Araşdırma ABŞ-dan olan 67 min kişi və qadın üzərində aparılıb. Məlum olub ki, vaxtilə evli olmuş və sonradan boşanmış kişilərin vaxtından əvvəl ölmək riski də evlilərlə müqayisədə artıqdır. Lakin bu fərq 27 faizdir.
Alimlər ölümün səbəblərini də araşdırıblar. Məlum olub ki, orta və yaşlı nəslin nümayəndələri olan kişilərdə bu, əsasən ürək tutmasından baş verir. Gənc subaylar isə daha çox yolxucu xəstəliklərə tutularaq dünyasını dəyişir.
Bəs əsl kişi qadınla necə danışmalı, onunla necə ünsiyyət qurmalıdır? Ən əsası yadda saxlayın ki, tanışlığınızın ilk günlərində özünüzü şirin, hər cümləbaşı əzizləyici sözlərlə danışan kimi göstərməyəsiniz. Nə badə tərəf müqabilinizə uşaq kimi yanaşıb ona ata qayğısı göstərəsiniz.
Yadda saxlayın ki, qadın özünə bu həyatda tərəf müqabili, bütün fikirlərini sərbəst bölüşə biləcək insan axtarır. Qadına göstərdiyiniz ata qayğısı isə onda özünəəminlik hissini məhv edir. Tanışlığınızın ilk mərhələsində onun inamını qazanmağa çalışın. İlk növbədə artıq ətrafdakı digər xanımların mövcudluğunu unudun.
Psixoloq Kənan Rəhimovun sözlərinə görə, kişilərə sevdiyi xanımın yanında digər xanımların xarici gözəlliyi barədə komplimentləri ucadan demək qəti qadağandır. “Bu etikaya da ziddir. Xanımın mənəviyyatına toxunur. Bir qadın kimi artıq özünə qarşı tənqid yaranır”.
Sevgilinizin yanında ətrafda baş verən heç bir hadisəyə reaksiya verməyin. Özünüzü idarə etməyə, hislərinizi cilovlamağa çalışın. Ola bilər ki, heç sevdiyiniz qız da yeri düşəndə hazırcavablığını əsirgəmir. K.Rəhimov bunun sevgiyə yox, tərbiyəyə aidiyyətı olduğunu qeyd edib.
Bir əsas məqamı da unutmayın. Heç vaxt nədənsə şikayət etməyin. Nə işdə olan problemlər, nə ölkədə baş verən hadisələr, nə də ki, sizin çirklənmiş ayaqqablarınız görüşdə müzakirə mövzusu olmamalıdır. Tənqidi fikirlərinizi də özünüzdə saxlayın. Məsləhət verməyə də çalışmayın. Xüsusən də, sevdiyiniz xanımın geyiminə çalışın az müdaxilə edəsiniz. Yeri düşəndə yumşaq formada fikrinizi bildirin. “Geyim tərzi artıq ictimaiyyətin tələbləridir. Bunları nəzərə almaq lazımdır. Zövqsüz, həddindən çox cəlbedici, xarici görünüşünə uyğun olmayan paltar, geyimlər geyinirsə onu qeyd etmək lazımdır”.
Yadda saxlayın ki, qadınlar kişini məftun etməyi və özlərindən danışmağı çox sevir. Bəzən elə anlar da olur ki, sizin danışmağa çox mövzunuz var. Amma hərdən biri-birinizin sükutuna qulaq asmaq da lazımdır.
Mənbə:
anspress.com