- Qadınlar istəsə, lap qabları da yuyarlar, amma istəmirlər.
- Biz axmaq şeylər danışanda Qadınlar susurlar.
- Biz ağıllı sözlər deyəndə də Qadınlar susurlar.Qadınlar bir gün (heç olmasa bir dəqiqəlik) anlayacaq ki, bizdən yaxşısı yoxdu.
- Qadınların prinsipləri var, bəzilərini heç qəbul eləyə bilməsək də.
- Qadınlar bizdən hündürdü, yuxarı rəfdən kitabı çox rahatlıqla götürürlər.
- Qadınlar bizə «Səni sevirəm» deyəndə başa düşürsən ki, sən də varsan.
- Qadınlar kompüteri və texnikanı daha yaxşı söküb-yığırlar. Bəzən yığa bilmirlər. ..
- Qadınlar «İnsan tək olanda insan olur» məsəlini bilir və bunu elə yaxşı şərh eləyirlər ki.
- Qadınlar bizə feminizmi bağışlayırlar, əvəzində biz qadınlara heç nə bağışlamırıq.
- Qadınlar qala bilməyəndə alnımızdan öpüb gedirlər.
- Qadınlar düşünür, bəzi şeylər var ki, biz onları heç vaxt anlamarıq, elə buna görə də biz hər şeyi anlayırıq.
- Qadınlar lap manyak inadkarlığıyla içdiyimiz kofenin pulunu verməyə can atırlar. Heç özləri də bilmirlər ki, niyə?
- Qadınların gözündən su yalnız güclü külək olanda axır.
- Qadınlar yağış yağanda dükana gedə bilirlər. Zənbillə geri qayıdanda gölməçələrdə ayaqqabılarını şappıldatmaqçün, bəlkə?..
- Qadınlar bizim şəklimizi saxlamağı sevirlər.
- Qadınlar öz haqqımızda çoxdan unutduğumuz şeyləri nədənsə yaxşı xatırlayırlar.
- Qadınlar bizim arıqlamaqçün gətirdiyimiz bir yığın səbəblərin heç birini qəbul eləmək istəmirlər.
- Müharibə olsa, Qadınlar vuruşmağa gedəcək.
- Yüz il sonra, lap başqa planetdə nə olacağını nədənsə Qadınlar daha yaxşı bilirlər.
- Yaxşı ki, Qadınlar korlanmış makiyajı görmürlər.
- Qadınlar bizim həyatımızı dəyişmək istəyirlər.
- Sonuncu çörək pulunu şokolada verib evə qayıda bilərlər. Onda Qadınların gözləri elə parıldayır ki...
- Aramsız tədqiqatlarına baxmayaraq, Qadınlar heç vaxt qadının alt paltarından baş çıxara bilməyəcəklər.
- Qadınlar təkcə sevgi haqqında düşünmürlər.
- Qadınlar ürəklərinin dərinliyində analarını biz atamızı istədiyimizdən daha çox istəyirlər.
- Qadınlar boyunlarına ala bilər ki, həyatlarının mənası bizimlə yatmaqdan ibarətdi. İnanırsız?
- Qadınlar bizi «yatmaq vaxtıdı» deyib qonaqlıqdan evə gətirib yatağa salıb üstümüzü yorğanla örtəndən sonra futbola baxmağa gedə bilərlər.
- Qadınlar bizim səsimizi eşitməyi sevirlər, nə fərqi var ki, nə danışırıq.
- Qadınlar bizi hər dəfə yola salmasalar da, həmişə qarşılayırlar.
- Qadınlar bizi geyindirib-keçindirməyi sevirlər.
- Qadınlar elə bilir ki, yalnız yanımızda olanda çantalarımız ağır ola bilir.
- Qadınlar bizə bənzəmək istəmir, bizimsə onlara oxşamaqçün ürəyimiz gedir.
- Biz çığıranda Qadınlar susurlar.
- Qadınlar papağını götürüb gedəndə biz qalırıq.
- Keçmişimizi düşünəndə biz Qadınlardan başqa bir şey görmürük.
- İstəsək, Qadınları saymaq da olar.
- Qadınlar dalaşqandı.
- Qadınlar bizdən tez sayırlar, gəlir-çıxarını daha yaxşı bililər.
- Qadınlar soyadlarını uşaqlarımıza verirlər.
- Biz Qadınların yaratdıqlarıyla fəxr eləməyi sevirik.
- Qadınlar üçün bir elə fərqi yoxdu, yaxşımı geyinmişik, gözəl ətir işlətmişik, ya yox. Bəzən əyin-başımıza ötəri nəzər yetirirlər.
- Qadınlar oğlan arzulayır, amma qızlarını daha çox istəyirlər.
- Etiraf edək, Qadınlar işi bizdən çox sevirlər.
- Qadınlar məntiqi tam başqadı.
- Biz isteriyadan tir-tir əsəndə Qadınlar konstruktiv düşünməyə macal tapırlar.
- Qadınlar supermarketə gedib bizim siyahıyla alış-veriş eləməyə də razılıq veriblər.
- Evdə yemək olmayanda, qayğanaqla qurdunu öldürəndə bir o qədər də deyinmirlər.
- İstəsələr Qadınlar evdəki səliqəsizliyi heç görməzlər.
- Qadınlar yaxşı nahardan sonra bizə elə vurğun gözlərlə baxırlar ki...
- Qadınlar şokoladı sevsələr də, nədənsə pivə içirlər.
Qadınlar çox qəribədi, tam başqa, eləmi?