Qadınların kişilərdə sevdiyi ətirlər

Qadınların kişilərdə sevdiyi ətirlər

İstifadə etdiyimiz ətirlər ətrafdakılarda bizim haqqımızada müəyyən fikir formalaşdırır. Dəvət olunduğumuz yerə uyğun geyim seçməyimiz necə bir mədəniyyət növü sayılırsa, eləcə də gedəcəyimiz yerə, geyim tərzinə uyğun düzgün ətir seçməyimiz də olduqca əhəmiyyətli hesab edilir.

Əgər siz hər zaman yalnız bir ətirdən istifadə edirsinizsə, bu vaxt gedəcəyiniz yerə, geyiminizə və ya ruh halınıza görə ətir dəyişmək məcburiyyətində qalmayacaqsınız. Amma qadınların yaddaşında “O cazibədar ətirli oğlan” kimi qalmaq üçün isə ətir seçimində əməl etməli olduğunuz bəzi qayda-qanunlar var. İndi həmin qaydalar haqqında sizə məlumat vermək istəyirik.

Heç kimdə rast gəlinməyən bir ətirdən istifadə etmək istəyirsinizsə, bunun üçün sizin həm də yaxşı kimyagər olmağınız lazımdır. Yəni hansı ətirləri bir-biri ilə qarışdırsanız, mükəmməl qoxu əldə edə biləcəyinizi əvvəlcədən hiss etməlisiniz. Bunun üçün sizə məsləhətimiz: iki tünd qoxulu ətiri qarışdırıb effektiv nəticə əldə etməyi gözləməyin, yaxşı ola ki, sintez etdiyiniz ətirlərdən biri digərinə nisbətən daha sərin, daha yüngül olsun.
Bəs, ətirin uzun müddət qalıcı olması üçün nə etməliyik?

İstifadə etdiyiniz qoxunun uzun müddət qalmasını istəyirsinizsə, duş aldıqdan sonra iki sinə arasına, gicgaha və biləyə yüngül formada ətir çəkməyiniz kifayətdir. Bu bölgələrdə dəri qan damarlarına daha yaxın olduğu üçün istilik daha çox olur və reaksiya daha sürətli gedir. Ümumilikdə isə bir ətri istifadə etdikdən 4-5 saat sonra o bütün effektivliyini itirir. Bundan sonra heç qorxmadan digər bir ətri sınaya bilərsiniz.

Əgər siz gecə diskotekaya, bara getməyi planlaşdırırsınızsa, bu zaman tünd, oriental qoxulara üstünlük verməyiniz, yox əgər açıq havada dostlarınızla görüşməyi planlaşdırırsınızsa, daha sərin qoxulardan istifadə etməyiniz məsləhətdir.

Unutmayın ki, sevgili seçimində qadınların əsas əhəmiyyət verdiyi özəlliklərdən biri də istifadə etdiyiniz ətirdir. Bunun üçün də bu seçimdə qadınların fikrini soruşmaqdan çəkinməyin. Bu xanım həmin mağazadakı ətir satıcısı, bacınız, sevgiliniz, dostunuz ola bilər. Düzdür, qadınların zövqlərinə görə onların sevdikləri əritlər də dəyişir. Amma bir qadın sizə bu ətiri təcili dəyişməli və ya seçməməli olduğunuzu deyirsə, deməli, başqa çıxış yolunuz yoxdur. O ətir mütləq dəyişdirilməlidir.
Top