Hansı peşə sahibi ilə evlənməli?

Hansı peşə sahibi ilə evlənməli?


İnsanlar bəzi hallarda münasibət quracaqları tərəf müqabilini seçərkən onun şəxsi keyfiyyətləri ilə yanaşı çalışdığı işə, sənətə də xüsusi diqqətlə yanaşırlar. Xüsusən də bəylərimiz tərəf müqabili seçərkən xanımlarının çalışdığı işə xüsusi diqqətlə yanaşır, bu barədə xanımlarına hansısa qadağalar da qoyurlar. 

Bu barədə aparılan sorğu nəticələri də göstərir ki, Azərbaycan kişisinin nəzərində qadına ən uyğun peşələr müəllim və həkimlikdir. Onlar evləcəkləri xanımların da bu peşədə çalışmasını arzulayırlar. Bəs görəsən, bu barədə digər ölkə vətəndaşları nə düşünür? Onlar üçün evlənəcəkləri insanın hansı peşədə çalışması daha qəbulediləndir?

Brazilya, Kanada, Çin, Fransa, Malaziya və Cənubi Afrikada 5500 nəfər arasında aparılan sorğu nəticələrinə əsasən həkimlər ən çox etibar olunan peşə nümayəndələridir. İnsanlar bu peşədə çalışan şəxslərə daha çox etibar edirlər. Sorğu iştirakçıların 36%-ə qədəri evlənmək üçün həkimləri, ümumiyyətlə, tibb işçilərini daha ideal tərəf müqabili hesab edirlər. Bunun əksinə olaraq sorğu iştirakçılarının fikrincə, musiqiçilər, jurnalistlər və reklam menecerləri evlənmək üçün ən az güvənilən peşə sahibləridir.
Top