Hər bir kişi əcnəbi qadınla tanış olmağı arzulayır, amma bunu necə etməyin doğru yolunu çox az kişi bilir. Əcnəbi xanımla tanış olmaq istəyənlərə sadə məsləhət: onlara yaxından bələd ol ki, necə tanış olacağını öyrənəsən.
Braziliyalı
Braziliyalı xanımlar çox eqoist, utanmaz, açıq-saçıqlığı sevən və inadkardırlar. Əgər gecə klubunda və ya başqa bir yerdə belə xanım görsən, ona yaxınlaşmağa dəyməz. Əgər onu bəyənirsənsə, gözlərini ona yönəldib, gülümsə. Baxışlarla onu bəyəndiyini göstər. Əgər onun da səndən xoşu gəlirsə, sənin yaxınlaşmağını gözləmədən özü yanına gələcək. Hətta yanında başqa xanım olsa belə, buna əhəmiyyət verməyəcək.
İspan
Əgər ispan bir qadından xoşun gəlirsə, romantik hərəkətlərlə onu tez bir zamanda ələ ala bilərsən. İspan kişiləri qətiyən romantik olmurlar, onların işi-gücü puldan, işdən danışmaqdır. Buna görə də ispan qadınlarının əksəriyyəti münasibətlərində romantik ab-havanın çatışmadığından şikayətlənirlər. Əgər ispan bir qadınla görüşə gedirsənsə, qətiyyən gecikmə. Çalış, ona arzulanan olduğunu sübut edəsən.
Fransız
Fransız qadınlarının qəlbini qazanmaq üçün keçəl olmaq vacibdir. Çünki fransız xanımları əsl kişinin keçəl olduğunu düşünürlər. Onlar daz kişiləri çox ehtiraslı, əla tərəf-müqabili hesab edirlər. Buna görə də əgər fransız bir xanımla tanış olmaq istəyirsənsə, mütləq başını keçəl qırxdırmalısan.
Yapon
Deyilənə görə, yapon qadınları çox romantik olurlar. Yapon bir xanımla tanış olduqda ilk görüşdə onunla nə cür münasibətdə olmaq istədiyini büruzə vermə. İlk görüş zamanı öz ölkəndən, havadan, yeməklərdən danış. Beləcə, yapon xanımın sənə olan marağı və istəyi artacaq. Yox, əgər ilk görüşdən onu yatağa uzandırmağa çalışsan, səndən qaçacaq. İlk görüş zamanı onu kofe və şirniyyat verilən kafeyə dəvət et.