Kişilərin qadınlardan daha çox xəyanət etdiyini hamımız bilirik. Bəs kişilər nəyə görə sevgililərinə, həyat yoldaşlarına xəyanət eetməyə vadar edən səbəblər nələrdir?
Başqa biri ilə əvəz olunduğumuz vaxt ağlınıza “niyə” sualı gəlir. Bu çox normaldır. Çünki heç bir qadın aldadılmağa layiq deyil. Kişilər üçün “niyə” sualının cavabını vermək sizə düşündüyüz qədər asan gəlməsin. Bəzən ehtiraslı baxış, bəzən bir az qəzəb, bəzən də seksual istəklər aldatmaq üçün səbəbdir.
Çəkicilik - Kişilər həmişə qadınlardan daha güclü olduğunu desə də, hisslərini idarə etmək barəsində çox zəifdirlər. Gözəl və baxımlı qadın görən kimi, gözlərini ondan çəkə bilmirlər. Hələ bu qadın onlarla maraqlanırsa, özlərini dünyanın mərkəzində hiss edirlər. Onlar gözəl bir qadının qarşısında tab gətirə bilmirlər. Qadın həmin kişini əldə etmək istəyirsə, o dəqiqə tora düşürlər. Qadını yaxından tanıdıqdan sonra isə peşman olurlar. Sonrakı peşmançılıq da fayda vermir və sevgilisi ilə neçə illik münasibətlərinə böyük zədə vurur.
Tənhalıq - Aparılan araşdırmalar da onu göstərir ki, kişilər qadınlarından ayrı düşəndə başqa qadınlara maraq göstərməyə başlayırlar. Qadınlar uzun müddət tək qalsa da, kişilərin çoxu təkliyə dözə bilmir. Kişiləri nə badə tək qoyasınız...
Məcəra və həyəcan axtarışında – Enerjili və şən insanlar daha çox həyəcan, macəra arxasınca qaçır. Qadınlardan fərqli olaraq, kişilər həyəcanı əks-cinsdə axtarmağa üstünlük verirlər. Yeni dodaqlar, bədənlər, saçlar, söhbətlər kişilər üçün yeni həyəcan deməkdir. Ailə həyatında kişilərin bu cür axtarışlara çıxmasının qarşını almaq, münasibətlərinizdə həyəcanın ölməməsi üçün əlinizdən gələni etməli və sevgini monotonlaşmağa qoymamalısınız.
Söz-söhbət və gərginlik – Kişilərin çoxu vəziyyətdən çıxış yolu kimi evdəki söz-söhbəti, mübahisələri və işdəki gərginliyi bəhanə edir. Evdə axtardığı rahatlığı tapmadığını, həyat yoldaşı ilə tez-tez dava etdiyini deyən kişilər, rahatlığı və huzuru başqa qadınların yanında axtarır.
Kişilərin xəyanət etdiyini göstərən bəzi əlamətlər:
O, evə gec gəlir. Hər dəfə də bir bəhanə tapır.
Sizə yaxşı davranır, hədiyyələr alır. Çox güman ki, sizi aldatdığına görə vicdan əzabı çəkir və günahı hədiyyərlə yumağa çalışır.
Onun sizə və uşaqlarınıza olan münasibəti dəyişibsə, sizinlə çox şeyi bölüşmür, sizə az vaxt ayırırsa, çox güman ki, həyatında başqa qadın var.
Sizin yaxşı tərəflərinizi yox, ancaq pis tərəflərinizi görməyə başlayıbsa, vəziyyət daha da pisləşə bilər.