Kişilərin dedikləri düşündükləri ilə eynidirmi?

Kişilərin dedikləri düşündükləri ilə eynidirmi?

Biz onunla əslində boşanmış kimiyik – Bunun adını dəqiq bir şey qoysalar, olmazmı? Onlar üçün həmişə qapının biri açıq olur. Bu cümləni eviliyindən razı və xoşbəxt olmayan kişilər tez-tez işlədir. Lakin həyatlarına onlara həyəcan verən və çox sevəcəkləri biri daxil olmayana qədər boşanmağı fikirlərindən belə keçirmirlər. Yəni, bu cümləni çox ciddi qəbul etməyin. 

Sən çox yaxşı dostsan – Kişilərin çoxu birlikdə nələrsə (şəhvət və həyəcan verən) yaşama potensialı olan yanındakı gözəl qadına heç zaman dostluqla bağlı cümlələr qurmur. Sizə bu cümləni qurusa, çox güman ki, sizinlə ancaq dost qalmaq fikrindədir. 

İqtisadiyyat bərbad vəziyyətdədir, elə deyilmi? – Bu cümləni bir-iki dəfə deməsi normaldır. Lakin tez-tez dilə gətirirsə, «Məndən xarici ölkələrə səfər etmək, sənə bahalı hədiyyələr almağı, çox bahalı restoranlara getməyi xahiş eləmə…” demək istəyə bilər. 

 

Boyum 187 sm – Kişilər boylarının hündür olması ilə fəxr edir. Boyunun hündür olmasını deyirsə, ayaqqabı ölçüsünü də dilə gətirmədən dayana bilmir. Hündürlüyü dilə gətirməsi əslində, „Mən güclü və qüvvətli kişiyəm...” mənasını verir. 

 

Yaxşı üzr istəyirəm – Bu cümləni quran kişi ya səmimi qəlbdən  üzr istəyir, ya da yalan danışır. Çünki mübahisənin davam etməsini istəmir. Səsinin tonundan hansı variantın olduğunu təxmin edə bilərsiniz. Lakin siz hər iki ehtimala qarşı üzürü qəbul etməyə səy göstərin. Nəticədə sizin istədiyiniz olub və üzr istəyib, elə deyilmi?

Özümə vaxt ayıra bilmirəm – Siz bunu “Səninlə birlikdə vaxt keçriməkdən zövq ala bilmirəm” kimi başa düşə bilərsiniz. Lakin bu, ona bir az təzyiq göstərdiyinizin nəticəsi də ola bilər. Belə hallarda kişilərin üstünə getmək olmaz, tək qalmasına və sakitlləşməsinə imkan verin, dostları ilə birlikdə əylənsin. O, dostları ilə əylənərkən siz də özünüzə vaxt ayıra biləcəksiniz. Gözəl görünmək üçün müxtəlif maskalar edin, mağazaları gəzin və dadlı yemək hazırlayaraq onu sevindirə bilərsiniz. 

Top