Gec yaşda ata olmağın zərərləri

Gec yaşda ata olmağın zərərləri

Araşdırmalar nəticəsində məlum olub ki, gec yaşda ata olmaq uşaqda müəyyən xəstəliklər yaradır.

Gənc yaşda ata olan kişilərlə müqayisədə, gec ata olan  kişilərin uşaqları arasında, şizofreniya və otizm xəstəliyinə daha çox rast gəlinir.

Buna görə də mütəxəsisslər gec yaşda ata olmağı məsləhət görmür. Qadının yaşı artdıqca onun uşaq dünyaya gətirmə prosesi çətinləşdiyi kimi, eyni hal kişilər üçün də keçərlidir.

Bəzi alimlərin fikrincə, 35 yaşdan sonra kişilərin ata olmaq ehtimalı azalır. 40 yaşından sonra isə atalıq şansları az olduğu bildirilir.

Belə ki, gec yaşda ata olmaqla dünyaya gələcək körpənin həyatını riskə atmış olurlar.

Bu səbəblə uşaq sahibi olmağı istəyən ata namizədlərin bu mövzuya həssas yanaşmaları və vaxtında düzgün qərar qəbul etmələri vacibdir.

Top