Kişiləri ilk görüşdə necə tanımaq olar?

Kişiləri ilk görüşdə necə tanımaq olar?

Yayda seçilən görüş məkanları onun sizin üçün yaxşı sevgili olub-olmadığı haqqında vacib ipucları verə bilər.

Lunapark – Xüsusən də isti yay günlərində günün altında qalmaq, tərləmək və fastfood yeməkləri qulağa çox yaxşı səslənməsə də, belə kişiləri qaçırmayın. Əyləncəli vaxt keçirmək üçün onlar sizin köməyinizə gələ bilər. 

Açıq hava konserti – Biletləri əvvəlcədən alıb gələn ay üçün plan qurması sizi düşündüyünüzü göstərir və özünə bal qazandırır. Rəqs etmək istəməsi isə onun əyləncəli bir insan olduğunu göstərir. Yüksək səsli musiqi söhbət etməyinizə mane ola bilər və buna gör də fikrini sizdə cəmləşdirmək yerinə, özünü bütünlüklə musiqiyə verə bilər. 

Piknik – Ancaq ikinizin olduğu bir məkanda, yaşıllıqda görüş planlaşdıran kişi tapdığınız zaman qətiyyən buraxmayın. Çünki təkbətək görüş onun sizi yaxından tanımaq istədiyinin göstəricisidir. Siz də bu fürsətdən istifadə edib onun sizin üçün doğru insan olduğunu aydınlaşdıra bilərsiniz. 

Sahil – Sizinlə sahil kənarına getmək ona bədən quruluşunuzu daha yaxından görmək şansı qazandıracaq. Bu vəziyyət sizin üçün də keçərlidir. Onun xarakteri haqqında istədiyiniz məlumatları əldə edə bilərsiniz. 

Pivə içmək – Onun sizi içki içməyə dəvət etməsi nə dərəcədə sosial olmasının göstəricidir. Əlbəttə ki, əyləncəli görüşdə stolun üstü içkilərlə dolu, ətrafı isə sərxoş dotları ilə dolu ola bilər. Qərarı özünüz verin. 

Yürüş – Sağlamlığına fikir verən bu kişilər təbilliyə də önəm verir. Siz bazar günləri günortaya qədər yatmağı xəyal edərkən, onun bu qədər enerjili olması qəribə gələ bilər. Əgər münasibətlərinizin yaxşı və möhkəm olduğuna inanırsınızsa, orta yolu tapmağa çalışın.
Top