İngiltərəli bir araşdırmaçı Jane Sheehan, ayaqların insan xarekterini əks etdirdiyini deyib. Ayaq barmaqlarına görə insanların xarakterlərin təhlilini belə izah edib.
Böyük baş barmaq: ağıl və yaradıcılığın göstəricisidir. Baş barmağı böyük olan insanlar mövzuları fərqli şəkildə dəyərləndirir və çıxış yolu təklif edir. Baş barmağı qısa olanlar isə bacarıqlı və çalışqan iş adamı olur.
2-ci barmağı uzun olanlar lider ruhludur. 2-ci barmağı qısa olanlar isə yola gedən olur.
3-cü barmağı qısa olanlar enerjili olur. Hər şeyin mükəmməl olmasını istəyirlər. Gördükləri hər işdə bacarıqlı olur. 3-cü barmağı qısa olanlar gözəlliyə əhəmiyyət verir. Sakit yaşamağı və danışmamağı çox sevir.
4-cü barmağı uzun olanlar ailə və dostluq münasibətlərinə çox əhəmiyyət verir. Yaxşı dinləyici olurlar. Başqa insanların problemləri ilə maraqlanırlar. Yəni, “hər işə baş soxurlar”. Bu barmağı qısa olanlar isə ailə, sevgi, dostluqdan başqa hər şeylə maraqlanırlar.
Kiçik barmağı qısa olanlar isə uşaq təbiətli olur və məsuliyyətdən qaçırlar. Kiçik barmağı digər barmaqlarından ayrı olanlar, məcarapərəst olur və flirt etməyi xoşlayır. Kiçik barmağı digər barmaqlara sıx yapışan insanlar isə adi həyat tərzini sevirlər və sadiq olurlar.
Ayaq ölçüsü: Kiçik ayaqlı kişilər böyük ayaqlı kişilərlə nisbətdə xəyanətə daha çox meyllidir.