Kişi saç düzümü

Kişi saç düzümü

Qadınlar saçlarının rəngi ilə, kəsimi, düzümü, stili və görünüşü ilə bağlı eksperimentlər apardığı zaman kişilər hələ də öz ideal obrazını tapa bilmir. Obraz tapanda da uşaqlıqda, analarının kəsdirdiyi saç düzümündən kənara çıxa bilmirlər. Bu saç düzümünün ona yaraşıb- yaraşmadığına, sifət quruluşuna uyğun olub-olmadığına fikir belə vermirlər. Axı düzgün seçilmiş saç düzümü nəinki karyera pillələrini qalxmaqda kömək edir, həmçinin sevgi məsələlərində də önəmli rol oynayır.

Saç düzümü zamanı ən önəmli faktor: üzün və saçın quruluşudur. Kişilərin yol verdiyi əsas səhvlərdən biri – yuxarıdan uzun saxlanmış saçlarla, qısa kəsilmiş yan tərəflərdir. Arxa və yan tərəflərdə saç uzunluğunun çox qısa olmaması daha yaxşıdır. Və ya daha müasir Ceym Bond-Pirs Brosnan variantını seçmək olar: saçların uzunluğu təxminən 3-4 santimetr və hər tərəfdə eynidir.

Əgər siz kişiyana görünmək istəyirsinizsə onda Bred Pit kimi olduqca qısa kəsilmiş saçları seçin. Yox əgər, “Kriminal qiraət” filmində Con Travoltanın qəhrəmanına oxşamaq istəyirsinizsə onda gur saçlarınızı çiyninizə kimi uzadın.
Con travolta-криминальное чтиво (pulp fiction) filmindən
Əksər kişilərin xəyalı – nazik düz saçlardır. Lakin bu saçların mənfi cəhəti qısa kəsilən zaman əvvəlki kimi xoşagələn olmamasıdır. Onları bir qədər uzatmaq, fen və saça qulluq vasitələri ilə lazımi forma vermək daha yaxşı olardı. Hollivudun ən populyar saç düzümləri Devid Bekhemə, Cud Loya və Deniel Kreyqə məxsusdur. Bunun üçün saçları qısa və ya orta uzunluqda kəsdirmək, fenlərin köməyi ilə bir qədər yuxarı qaldırmaq və daha sonra bir qədər dağınıq hala salmaq lazımdır.

Əgər sizin saçlarınız qalın və buruqdurlarsa, onda saç jele və gellərindən çox istifadə etmək lazım deyil. Daha yaraşıqlı görünmək üçün öz dalğalı saçları ilə tanınan Castin Timberleyk kimi qısa saç düzümü seçmək kifayətdir.

Əgər sizdə keçəllik varsa bunu ört-basdır edib gülməli görünməyə dəyməz. Hollivud ulduzu Nikolas Keyc kimi qısa saç düzümü kəsdirib, arxaya daramaq daha yaxşı olar.Ya da daha radikal davranıb Fyodr Bandarçuk və ya Brüs Villis kimi tamamilə keçəl olmaq olar.
Bryus Uillis-keçəl aktyor
Mənbə: Mərkəz qəzeti
Top