Qadın sənə baxanda nə fikirləşir?

Qadın sənə baxanda nə fikirləşir?

Bəzən kişilər qadınların onlar haqqında nə fikirləşdiyini ağıllarına belə gətirmirlər. Ancaq unutmaq olmaz ki, qadınlar kişilərə nisbətdə çox diqqətlidirlər və hər şey başqa gözlə baxırlar. Hörmətli kişilər, məsləhətlərə qulaq assanız yanılmazsınız.

-Əgər sizin evdə kitab yoxdursa, qadın dərhal fikirləşəcək: “Bu savadsız və anlayışsız adamdır”. Xanımın belə düşünməməsi üçün siz evə bir neçə kitab alıb qoymalısınız. Ancaq evdə kitabxana yaratmağa ehtiyac yoxdur.

-Əgər hamam otağınız səliqəsizdirsə, qadın dərhal fikirləşir: “Seçdiyim kişi öz gigiyenasına fikir vermir”. Xanımın belə düşünməməsi üçün siz çirkli paltarları hamama atmamalı, onları səliqə ilə bir qabın içərisinə qoymalısınız.

-Əgər siz vaxtilə idmançı olmusunuzsa və otağınızda idman sayəsində aldığınız çoxlu medallar və diplomlar varsa, qadın dərhal fikirləşəcək: “İndi tənbəldir. Heç nə ilə məşğul olmur”. Buna görə də yaxşı olar ki, əgər siz hazırda idmanla məşğul olmursunuzsa, medalları və diplomları görünməyən bir yerdə saxlayasınız.

-Əgər sizin otağınızda keçmiş sevgilinizin verdiyi hər hansı hədiyyə varsa, siz həmin gün davalara hazır olun. Çünki bu qadınların qətiyyən xoşuna gəlmir. Onlar düşünür ki, siz hələ də o qadını sevirsiniz.

-Əgər evdə dibçəyiniz varsa və ya hər hansı ev heyvanı saxlayırsınızsa qadın dərhal fikirləşəcək: “Seçdiyim oğlan çox qayğıkeşdir. Ancaq məndən çox bunlara diqqət ayıracaq”.

Xanımların belə qənaətə gəlməməsi üçün, hörmətli kişilər, çalışın məsləhətləri yerinə yetirəsiniz.

Müəllif: Aynur Hüseynova
Mənbə: Mərkəz qəzeti
Top