Qadınların siqnallarını nece tutmalı?

Qadınların siqnallarını nece tutmalı?

Kişilərin diqqəti bu yazıya!
Kişilər, adətən, xoşlandıqları qadına bunu birbaşa deməyi üstünlük verirlər.
Ancaq qadınlarda belə deyil. Onlar müxtəlif simvolik davranışlarla siqnal ötürürlər.
Hər kişi də bu siqnalları tuta bilmir.


Qadının gözü danışır
Bu cümləyə klişe deyib sifətinizi turşutmayın. Bu həqiqətdir. Bir qadının gözlərindəki mənanı oxumağı bacarsanız, onun hisslərini çözə bilərsiniz.
Xoşlanan qadının baxışları, daim o kişinin üzərinə yönələn baxışlardır. Qadınlar xoşlandıqları kişilərlə göz-gözə gəlməkdən çəkinirlər. Amma kişinin baxışları başqa yerdədirsə və qadının gözləri həmin an kişinin üzərindədirsə, deməli, "torbada pişik var".

Qadınları "bədən dili" ilə danışır
İnsanlar danışaraq özlərini ifadə edirlər. Bəzənsə, bədən dili insanın ağlından keçənləri müəyyən etməyə imkan verir. 
Qadın oturub söhbət edərkən dizlərini sizə tərəf döndəribsə, danışanda sizə tərəf əyilirsə, danışanda gözlərinizin içinə baxırsa, hər xırda fürsətdə sizinlə təmasda olmağa çalışırsa, deməli sizin təsiriniz altındadır...

Qadın sizi dinləyir
Qadının qarşısındakı kişidən xoşlandığını bilmək üçün həmin kişinin söhbətlərinə qulaq asıb-asmadığına fikir vermək lazımdır. 
Xoşlanan qadın əsasən kişinin hər sözünə diqqətlə qulaq asır, maraq göstərir. Arada "doğurdan?", "maraqlıdır" kimi sözlər işlədirlər ki, davam edəsiniz.
Əgər orda bir neçə qadın varsa və təkcə o, davam etməyinizi təkid edirsə, yenə də "torbada pişik olması" qənaətinə gəlmək mümkündür.
gözəl-göyçək qız şəkili
Qadın həyəcanlanır
Qadın sizdən xoşlanırsa, sizinlə danışanda mütləq həyəcanlanacaq. Normalda olduğundan daha çox güləcək. Hətta sizin əvvəllər etdiyiniz söhbətləri unutmur və yeri gələndə onlardan bəhs edir. Qadın xoşlandığı kişiyə həmişə çox sual verir ki, onun haqqında çox məlumat əldə etsin. Kişi evlidir, ya subay, uşağı varmı və s.

Qadın qarşınıza çıxır
Sizdən xoşlandığını düşündüyünüz qadın tez-tez qarşınıza çıxırsa, siz yeməkxanaya getdiyinizdə o da gedirsə, nədənsə çox vaxt liftə eyni vaxtda birgə minirsinizsə, bu sizi daha çox görmək və yaxınlaşmaq istədiyi üçündür. Amma diqqətli olun. Bunlar təsadüf də ola bilər. 

Qadın qalmaq istəyir
Qadınlar xoşlandıqları kişilərlə daha çox vaxt keçirmək istəyirlər. Məsələn, hansıda bir tədbirdə, məclisdə hamı dağılışıb getmək istəyərkən, o, bəhanə tapıb qalmaq, məclisi uzatmaq istəyir...

Top