Belə deyirlər ki, zövqlər ətrafında mübahisə etmək olmaz. Müasir dəb də hər kəsə öz istədiyi tərzdə geyinməyə icazə verir. Lakin dəb dünyasının özünün yazılmamış qanunları var ki, onlara görə kimin zövqümüzü oxşadığını, kimin isə əksinə zövqümüzü korladığını müəyyən etmək olur.
Hər insan geyimində ümumi qaydaları nəzərə alıb öz imzasını qoymağı bacarmalıdır. Təbii ki, necə gəldi geyinənləri nəzərdə tutmuruq. Ancaq özünəməxsusluğu ilə fərqlənən şəxs modapərəst adına layiq görülə bilər.
1. Geyiminizlə bağlı hər gün tərif eşidirsiniz.
2. Heç vaxt pis və ya qəribə geyindiyinizi hiss etmirsiniz.
3. Dostlarınız və ailə üzvləriniz həmişə sizinlə birlikdə alış-verişə çıxmağı təklif edirlər.
4. Öz üslubunuzu 3 sözlə ifadə edə bilirsiniz.
5. Qarderobunuzda heç vaxt dəbdən düşməyən, istənilən vəziyyət üçün uyğun olan və nəhayət, klassikləşmiş: plaş, qara qısa don, ağ düyməli köynək, bej və ya qara stiletto və s. bu kimi geyimlər var.
6. Sizin etibar edə biləcəyiniz bacarıqlı dərzi tanışınız var və dostlarınız onun əlaqə nömrələrini sizdən tez-tez soruşurlar.
7. Rəfiqələriniz və iş yoldaşlarınız hər hansı vacib tədbirə və ya mərasimə gedərkən paltar seçmək üçün ona yardım etməyinizi xahiş edirlər.
8. Küçədə tanımadığınız adamlar sizi saxlayıb utana-utana əyninizdəki paltarı, çantanı və ya hər hansı aksessuarı bəyəndiyini deyib onu haradan aldığınızla maraqlanırlar.
9. “Instagram” bloqunuzda sizi izləyənlər köhnə şəkillərinizi tez-tez bəyənib xoş sözlər yazırlar.
10. Geyinməyə paltar tapmayanda heç nədən maraqlı kombin düzəldib evdən çıxırsınız.
11. İllər əvvəl çəkdirdiyiniz şəkillərə baxanda geyiminizdən utanmır, əksinə, özünüzü bəyənirsiniz.
12. Qüsursuz görünmək üçün sizin bahalı brendlərdən alış-veriş etməyə və ya çoxlu pula ehtiyacınız yoxdur. Ucuz geyimlə də zövqlü görünmək olar — prinsipinə əməl edirsiniz.
13. Aldığınız hər hansı geyimə görə evə gələndən sonra peşmançılıq çəkmirsinizsə…
14. Dəbin sizi idarə etməsinə icazə vermirsiniz.
Əgər bu siyahıdakı bütün deyilənlərlə razılaşıb “hə” cavabını verə bildinizsə, sizi təbrik edə bilərik. Siz zövqlə geyinməyi bacaran xalis modapərəstsiniz.
publika.az