Bu fransız moda dahisinin adı əbədi olaraq dəb tarixinə öz möhürünü vurub. Christian Dior yaratdığı unikal modellərlə geyim yaradılması prosesini incəsənət səviyyəsinə qaldırmış, dəb sahəsində kiçik inqilab etmiş, qadınlara eleqantlıq bəxş etmiş və dünyaya bir növ tərz vermişdir. Onun dünyaya bəxş etdiyi bu zövqlü tərz bu günə qədər qorunub saxlanıb. Aşağıda bu istedadlı şəxsin daxili dünyasını kəşf etməyə imkan verən ən məşhur sitatlarını təqdim edirik:
Özü haqqında
- Mən burjuaziya ailəsində doğulmuşam və bununla qürur duyuram. Uşaq vaxtı yaşadığım ev dəhşətli dərəcədə pis vəziyyətdə idi, lakin bu ev haqqında xatirələrim o qədər incə və möhtəşəmdir ki… Mən öz həyatımı və tərzimi həmin evin quruluşuna və formasına borcluyam. Evimiz boz çalarlara sahib açıq çəhrayı rəngə boyanmışdı və mən yeni tendensiyalar yaradan zaman məhz həmin rənglərin uyğunluğundan istifadə edirəm.
- Mən anamdan güllərə qarşı olan sevgini miras olaraq almışam. Buna görə də, mənim üçün bitkilərin əhatəsində olmaqdan daha gözəl heç bir şey yoxdur.
- Parlaq, günəşi xatırladan, çiçəkli əşyalara saatlarla tamaşa edə bilərəm.
Öz yaratdığı modelləri haqqında
- Mənim yaratdığım paltarlar – memarlığın efemer predmetləridir və onlar qadın bədəninin ayrı-ayrı hissələrini nəzərə çarpmasına xidmət edir.
- Mənim paltarlarım – hər gün yaşadığım həyatımdır: hislərlə, parıltılarla, incəliklə və sevinclə. Tərəddüd etmədən deyə bilərəm ki, mənim ən ehtiraslı məşğuliyyətlərim məhz geyimlərlə əlaqəli olub. Mən onların aludəçisiyəm. Dayanmadan onlar haqqında düşünürəm. Onlar sanki məni həm cənnətə, həm cəhənnəmə sürükləyir.
- Hər kəsin yeni kimi qarşıladığı tərz, mənim dəbin məhz elə olması üçün arzuladığım səmimi və yeganə diləyimdən ibarət idi.
Qadınlar haqqında
- Əsl qadın ziyankar və ərköyün olmalıdır.
- Qadınların daha çox cəlbedici olduqları yaş 35-dən 40 yaşa qədər olan yaşdır. Lakin bununla belə, bir çox qadın 40 yaşın çərçivəsindən çıxmayaraq, yaşlanmalarına baxmayaraq öz cəlbediciliyini əbədi olaraq qoruyub saxlaya bilir.
- Qadınlar bütün həyatları boyu bir faktı yadda saxlamalıdırlar: yeyilən hər tikə iki dəqiqə ağızda, iki saat qarında və 2 ay budlarda qalır.
- Ətir – qadın individuallığının izaholunmaz çaları, obrazın son ştrixləridir.
- Ətir – qadın haqqında onun imzasından daha çox şey deyir.
- Mənim arzum – qadını təbiətdən xilas etməkdir.
- Ayaqlarınız əyridirsə daha geniş dekolteli libaslar geyinin.