Saç modellərinə uyğun baxım qaydaları

Saç modellərinə uyğun baxım qaydaları

Hər qadın saçları ilə oynamağı sevər. Sıxıldığında ilk əvvəl saçında bir dəyişiklik etmək istəyər. Saçlarınızı salonda kəsdirib gələndə qəşəng görünər. Ancaq bir gün keçəndən sonra saçlarınız sizə yadlaşar və onlarla necə davranacağınızı bilmərsiz. Buna görə də, saç trendlərini nəzərə alaraq hər tip saça uyğun saç modellərini təqdim edirik.

Uzun saç – gündüz

Uzun saçla çalışmaq çox çətindir. Uzun saçlarınızı yanınıza töküb gəzmək gözəldir, ancaq özbaşına buraxsanız, ucları o qədər də qəşəng durmaz. Bunun üçün gündüzlər saçlarınızın səliqəli görünməsi üçün yuyub bir az qurutduqdan sonra uclarına rulolar, ya da qalın biqudilər taxıb su kimi axıb gedən saç uclarına sahib olun.

Uzun saç – gecə

Uzun saçların gecə modeli üçün ən uyğun olan Fransız model Bencenin saç modelidir. Həm öndən, həm arxadan çox şık və eleqant görüntüsü olan bu saç modeli gecə ziyafətləri üçün möhtəşəm seçimdir. Göz sürməsini bir az uzun çəkdinizmi, daha da şıq görünəcəksiz.

 

 

Orta saç – gündüz

Ortaboy saçların bir az daha hərəkətli görünməsi üçün nə etməli? Çox zaman bu saçlar dümdüz, ya da ucları qıvrım modellərdə olurlar, ancaq buruqların daha da küt görünməsi daha yaxşıdır. Qalın bir maşa sayəsində buna nail ola blərsiz. Saçlarınızn dalğasının yarım dalğa şəkiində olmasına çalışın.

Orta saç- gecə

Ziyafətlərə həmişə eyni dağınıq topuzlar yığmaqdan sıxıldınızsa, saçlarınızı arxadan toplayın və bir yandan açaraq dağlalı buraxın. Sprey sıxıb səliqəyə salın.

Qısa saç- gündüz

Qısa saçların üz tipinə uyğun olması vacibdir. Bunun üçün incə və bilinən üz cizgilərinin olması lazımdır. “Pixie crop” saç modelinə görə saçın yanlarının daha qısa, öndən uzun və bir az da dağınıq olması yetərlidir.

Qısa saç – gecə

Gecələr isə qısa saçlara edə biləcəyiniz şey sprey sıxaraq nəmli hava qatmaq və rock ab- havası yaratmaqdır.

Hazırladı: MushviG.H\ Mənbə: www.ailem.az

Top