Dəbin 10 tendesiyası

Dəbin 10 tendesiyası

Ağ heç vaxt çox olmur
Dəbi izləyənlər bilirlər ki, ağ hər mövsümün əsas tendesiyalarından biridir. Klassikləşən bu rəngin dəbi heç vaxt keçmir. Mövsümün ağ rəngli geyimləri müxtəlif fakturalı detallarla bəzənəcək. Ağ rəngi digər rəngli aksesuarlarla bəzəmək olar. Rəngin hegomonluğu makiyajda da davam edəcək. 


Ağ-qara 
Çox ağ bəziləri üçün darıxdırıcı gələ bilər. Bu zaman işə onun ən yaxın «dostu» olan qara qarışır. Məşhur fransız Jan Pol Qotye yaxşı deyib: "Əgər sizin qarderobunuzda ağ və qara rəngli geyimlər varsa demək siz zövqlə geyinə bilərsiz. Bu klassika həmişə dəbdə olacaq". 


Krem rəngi gözəlləşir
Kolleksiyalardan da aydın görünür ki, bu mövsüm rənglərdə heç zaman olmadığı qədər konservantdır. Kassika yenidən dəbdədir. Nude Look (təbii) rəng ilk olaraq yaz-yay mövsümünün makiyajda istifadə edilib. İndi isə bu təbiilik geyimlərə keçib. 
Sarışınlar bu rənglə ehtiyatlı olmalıdırlar. Çünki həm makiyaj, həm də geyimdə nude look sizin solğun görünmənizə səbəb ola bilər. 


Rəngsiz manikur
Klassik payız rəngi olan zoğalı dırnaq boyasından əlavə yayın dəbi olan nude (təbii krem) yeni mövsümə keçid edib. Uzun iti dırnaqlardan uzaq durun. Dırnağın forması təbii və yumşaq olmalıdır. Bər-bəzək isə ancaq bayramda ola bilər. 


Qulaqlarınızı soyuqlatmayın
Qış üçün modelyerlər bütün mümkün baş örtüyü variantlarından istifadə ediblər. Bu mövsümün əsas baş örtükləri qulaqları qorumağa cavabdehdir. Belə ki, papaqların orta hissələri demək olar ki, boşdur. 


Qaz ayağı və yolka 
Bir əsrdən çoxdur bu ornamentlər öz mövqeyini möhkəmləndirir. Bu ornamentlər gah azalır, gah da çoxalır. Amma dəb aləmini tərk etmir. Bu bəzəklərlə ehtiyatlı davranmaq lazımdır. Əgər ətəyinizdə qaz ayağı varsa, kofta sadə olmalıdır, yox əgər donunuz yolkalıdırsa ayaqqabı seçimi bir tonlu olmalıdır. 


Alt geyimi nümayişdə
Bu mövsümdə dizaynerlər alt paltarlarını nümayişə çıxarıblar. Əgər sizdə bu cəsarətli addıma qərar versəniz tanınmışların məsləhətlərindən faydalanın. Məsələn, Vivyen Vestvuddan — eleqantlıqla şok edin. Yəni qeyri-adi neon rənglərlə eksprement etməyə dəyməz. Kassika kifayətdir. 


Bəzəkli ayaqqabılar 
Bu qış ayaqqabıların boyu uzanır, dabanı isə kiçilir. Sezonun dəbi arasında bu il biz parıltı və tükləri də görəcəyik. Demək olar ki, belə ayaqqbılar yaza kimi bizə yeni il bayramı abu havası yaşadacaq. 




Quyruqlar qayıdır 
At quyruğunun darıxdırıcı olduğunu kim deyib? Bir damla da doğruluq yoxdur. Bu saç düzümü haqqında kitab yazmaq olar. Tellər bu mövsümdə istəyə bağlı olacaq. Formanın müsbət cəhəti onun universallığıdır. 


Bantlı idman 
Mövsüm cəsarətli qarışıq stillərlə də yadda qalacaq. Belə ki, idman stilində kübar element görsəniz təəcüblənməyin. Belə geyinməyə hər adam cəsarət edə bilməz. Amma bəzi şənliklərdə niyədə olmasın?
Top