Dodaq boyası qadının ən güclü silahlarından biridir. Al qırmızı, canlı çəhrayı, parıltılı boyalar… Bütün rənglərin bir mənası var. Bəs siz hansı rəngdə dodaq boyasından istifadə edirsiniz və rəngin mənasını bilirsiniz? Dodaq boyalarının rənglərinin mənası ilə tanış edirik.
Klassik qırmızı
Qırmızı “məni gör" deməkdir. Bu boyanı istifadə edənlər diqqət mərkəzində olmağı, hamının nəzərini cəlb etməyi istəyirlər.
Canlı çəhrayı
Parlaq çəhrayı tonları məcara dolu və ulduz biz şəxsiyyətə sahib olduğunu göstərir.
Tünd bənövşəyi
Bu rəngdən elə də çox istifadə edilmir. Bu rəng xüsusilə açıq rəngli dərisi olanlarda daha gözəl görünür. Qərarlı imic yaratmaq istəyirsinizsə tünd rəngləri seçə bilərsiniz.
Rəngsiz rənglər
Dəri ilə eyni tona sahib olan boyalar adətən solğun görüntü verməyinizə səbəb olur. Məqsədiniz fərq edilmək yox, sadəcə şık olmaqdırsa bu rəngləri seçə bilərsiniz.
Narıncı tonlar
Gözə çarpan, ilk görünüşdə bəyənilməyən bu rəng geyim, tərzlə bağlı olaraq açıq rəngli dərisi olanlarda çox xoş görüntü yaradır. Bu rəng canlılıq, özünə inamın simvoludur.
Mənbə:www.ictimaipalatka.com