Havaların sərinləməsi ilə yayın al-əlvan libasları öz aktuallığını itirir. Rusiya mətbuatına istinadən payızın ən dəbli rənglərini təqdim edirik. Belə ki, bu payızda ən çox boz, qəhvəyi və bej rənglər gündəmdə olacaq. Bununla yanaşı mavi, qırmızı rəng də üstünlük təşkil edəcək. Dəniz mavisi: Bu yayın bitməsinə pis olanların seçimidir. Payızda qarderobunuzda mütləq mavi rəngli libasa yer verin. O, həm əhvalınızı yüksəldəcək, həm də sizin gözəl görünməyinizə kömək olacaq. Qəhvəyi: Qəhvəyinin tünd rənglərinə can atmayın. Bir az açıq qəhvəyi tonlardan istifadə edin. Bu rəngə təkcə aksessuarlarda üstünlük verməyin. Çalışın qarderobunuzda qəhvəyi şalvar, palto və koftalar da yer alsın. Tünd albalı rəngi: Daha bir payız rəngi — tünd albalı. Əhvalınızı yüksəldəcək bir rəngdr. Qarderobunuzda bu rəngdə ətəyə, koftaya və ya şalvara yer ayırın. Qırmızı: Soyuq payız gecəsi hansısa bir dəvətə qatılarkən qırmızı rəngli libaslardan istifadə edə bilərsiniz. Hətta istəsəniz onu ağ və ya qara geyimlərlə uyğunlaşdırarsınız. Qırmızı hər zaman sizi zövqlü və dəbli göstərəcək. Mənbə: www.qadin.az